Azərbaycan Türkiyə və İsrail arasında seçim edir?
Siyasi təhlilçi Araz Əliyev rəsmi Bakının regionda Türkiyə və İsrailin toqquşan maraqları arasında qaldığını hesab edir. Onun sözlərinə görə, Azərbaycanla Türkiyəni milli mənafelər birləşdirsə də, hökumət xarici siyasətini hakimiyyətin maraqları üzərində qurub: "Bu qədər siyasi məhbusun olduğu avtoritar bir rejimlə ABŞ-dən dividend qazanmaq çətindir. Bunu təmin edə biləcək yeganə qüvvə İsrail lobbisidir. Azərbaycanın bu gün İsraili seçməsinin, Netanyahu çıxış edərkən nümayəndə heyətinin zalı tərk etməməsinin əsas səbəbi də məhz budur".