Əli Kərimlini kamerada yuxusuz qoyurlar? – Komitə sədri cavab verir
AXCP bəyanat yayaraq həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin onun sağlamlığı üçün ağır risklər yaratdığını bildirib. Məlumata görə, Ə.Kərimli qəsdən yuxusuz buraxılır; belə ki, gecələr kamerada xüsusi siqnal səsləndirilir, həmçinin o, səs-küylü "rituallar" icra edən psixi problemli bir şəxslə birgə saxlanılır.