Üçtərəfli müdafiə paktı: Yaxın Şərqdə İranın əl-qolu bağlanır?
Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə paktı imzalanıb. Bu sazişin İran-ABŞ-İsrail münaqişəsinin kəskinləşdiyi bir dövrə təsadüf etməsi ona xüsusi önəm qazandırır. Türkiyəli siyasi təhlilçi Hasan Oktayın fikrincə, gələcəkdə regionda yeni təhlükəsizlik mexanizmləri formalaşacağı üçün bu müqavilə kritik əhəmiyyət kəsb edir: "ABŞ və İsrailin birtərəfli hərbi təzyiqlərinə qarşı bölgə dövlətlərinin müştərək təhlükəsizlik arxitekturası qurması böhranların artıq yalnız Qərb mərkəzli idarə olunmayacağını göstərir". Ekspert əlavə edir ki, məsələnin digər tərəfi bu növ paktların Yaxın Şərqdə qütbləşməni dərinləşdirməsi və İranın sıxışdırılması riskidir. Amma o inanır ki, Ankara və İslamabad bu prosesin İrana qarşı yönəlmiş bir cəbhəyə çevrilməsinə imkan verməzlər.
Arxiv
-
Noyabr 09, 2026ABŞ İranın əl-qolunu Xəzərdə də bağlamağa çalışacaq
-
Oktyabr 16, 2026Başqa prezident görməyən nəsil: Dünyanın 'ən stajlı' liderləri
-
Sentyabr 11, 2026Dünyanı dəyişən 11 Sentyabr görüntüləri