Linkə kliklədi, adına xəbərsiz 18 min manat kredit açıldı – hakim bankı haqlı çıxardı
"Telefonuma üç qurğudan müdaxilə edildiyini hakim necə görməzdən gəlir?" – 2024-cü ildə kiberdələduzların tələsinə düşən Ülkər Qurbanovanın adına "Kapital Bank"dan 18 min manat kredit rəsmiləşdirilib. Özünü "Azercell" əməkdaşı kimi qələmə verən şəxslərin göndərdiyi linkə klikləyən zərərçəkmişin telefonu kənar idarəetməyə keçib. Cihaza xüsusi proqram yükləyən kibercinayətkarlar saniyələr içində krediti rəsmiləşdirərək pulu yad hesaba ötürüblər. İT eksperti Natiq Məmişov məsələdə bank sisteminin zəifliyinə diqqət çəkir: "Vətəndaşı qınamaqdansa, bank öz sistemini kibercinayətə davamlı etməlidir. Kredit saniyələr içində təsdiqlənirsə, şübhəli köçürmə də eyni sürətlə bloklanmalıdır".
Arxiv
-
Oktyabr 21, 2026İrandan Naxçıvana yol — sanksiyalar mane ola bilər?
-
Oktyabr 21, 2026Universitetlərin Bakıdan köçürülməsi tıxacları bitirə bilərmi?
-
Oktyabr 19, 2026Ramiz Mehdiyev niyə indi YAP-dan çıxarıldı?