Balans pozuldu: İsrailin 'soyqırımı' qərarı Əliyevi çətin seçim qarşısında qoyur
Bəzi siyasi təhlilçilərin fikrincə, İsrailin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıması İlham Əliyev hakimiyyətinin üzləşdiyi ən ciddi xarici siyasət böhranı ola bilər. Azərbaycan indiyə qədər xarici siyasətini Rusiya, İsrail (Qərb) və Türkiyə üçbucağında uğurla balanslaşdırsa da, Təl-Əvivin bu addımı həmin balansı kökündən sarsıdır. Bu tezisin tərəfdarları hesab edirlər ki, Türkiyə ilə Qərb (İsrail) arasındakı qarşıdurma kəskinləşdikcə, Bakı iki mühüm müttəfiqi arasında çətin seçim qarşısında qalacaq. Rəsmi Bakının Ərdoğanla münasibətləri korlaması hakimiyyətin daxili legitimliyinə ağır zərbə vura bilər. Digər tərəfdən, İsraillə (Qərblə) əlaqələrin kəsilməsi Azərbaycanın beynəlxalq arenada təklənməsinə və kəskin xarici təzyiqlərə məruz qalmasına yol açar.
Arxiv
-
Oktyabr 02, 2026Xalqın müvəkkili xalqdan 30 dəfə çox maaş almalıdırmı?
-
Oktyabr 01, 2026BMT-dəki 'Zal' böhranı: Bakı və Ankara bir-birindən nə istəyir?
-
Sentyabr 25, 2026Ermənistan 'sahibsiz qalacaq'? – Putin 'sabah belə gedərik' dedi
-
Sentyabr 18, 2026Sədrləri ekspert etdilər, partiyalarını isə unutdular