AXCP sədrinə DTX-da zəng qadağası: 'Xüsusi qisas əməliyyatıdır'
AXCP sədri Əli Kərimlinin ailəsi ilə telefonla danışmasına icazə verilmədiyi bildirilir. Partiya sədrinin müavini Seymur Həzinin sözlərinə görə, siyasətçinin zəng hüququ artıq iki dəfə məhdudlaşdırılıb: "Əli Kərimli bu qadağanı "France 24" kanalına verdiyi müsahibə ilə əlaqələndirir. Təbii ki, cəmiyyətdə də belə bir rəy var ki, onun beynəlxalq mətbuata müsahibələri hakimiyyətdə qıcıq yaradıb və bunun əvəzi olaraq ailəsi ilə əlaqə saxlamasına imkan verilmir. Xalq Cəbhəsi Partiyası bunu qanunsuz təzyiq hesab edir. Həbs olunmuş bir şəxsə qarşı bu cür münasibət xüsusi qisas əməliyyatı kimi qiymətləndirilir".
Arxiv
-
Sentyabr 21, 2026Azərbaycan Fransa ilə siyasi alverə gedir? – Usmanov ssenarisi
-
Sentyabr 18, 2026Paytaxtdakı nəqliyyat xaosunun səbəbi - Avropada 1.6, Bakıda 1.1
-
Sentyabr 18, 2026TRIPP 2027-yə qaldı: Tikintini kim yubadır - Paşinyan, yoxsa Putin?