2026, 14 Noyabr, şənbə, Bakı vaxtı 12:31

Ağır cərimələr gəlir – bu dəfə məmurlara


Ağır cərimələr gəlir – bu dəfə məmurlara

No media source currently available

Dövlət büdcəsinin pullarını "dədəsinin malı" kimi xərcləyən məmurlar cəzalandırılacaq. Dövlət vəsaitlərinin istifadəsində qayda pozuntularına yol verən şəxslər təyinatdankənar xərclədikləri məbləğin 100 faizi miqdarında cərimə ediləcəklər. Siyasi şərhçi Araz Əliyev bu dəyişikliyin selektiv xarakter daşıyacağını, vəsaiti düzgün idarə etməyən əsas şəxslərin isə kənarda qalacağını düşünür: "Məşhur bir deyim var ki, "qanunlar hörümçək torudur – böyük böcəklər onu dağıdıb gedir, kiçiklər isə tora düşür". Azərbaycandakı situasiya bir qədər buna bənzəyir".

XS
SM
MD
LG