Keçid linkləri

2026, 05 May, çərşənbə axşamı, Bakı vaxtı 01:13

Xərçənglə mübarizə üçün kreditə girdi: 'Yaşamaq istəyirəm'


Xərçənglə mübarizə üçün kreditə girdi: 'Yaşamaq istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Azərbaycanda müalicə xərclərini qarşılaya bilməyən xəstələr arasında banklardan kredit götürmək məcburiyyətində qalanlar var. Söhbət onkoloji xəstəliklərdən getdikdə isə vəziyyət daha da ağırlaşır. AzadlıqRadiosuna danışan Şaiq Balakişiyev uzun müddətdir xərçəngdən əziyyət çəkdiyini və ildə bir neçə dəfə kimyaterapiya qəbul etməli olduğunu bildirir. Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzindəki qiymətlər "əlçatmaz" olduğu üçün daha uyğun şərtləri olan özəl mərkəzlərdən birinə müraciət edib. Lakin müalicə xərcləri yüksək olaraq qaldığından o, aldığı seansların sayını məcburi şəkildə azaltmalı olub.

XS
SM
MD
LG