Keçid linkləri

2026, 10 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 18:57
Vensin gəlişini Ermənistanda necə yozurlar...
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Vensin gəlişini Ermənistanda necə yozurlar...

Canlı Cey Di Vens Azərbaycana gəlib [Video]

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri başlayıb. O, fevralın 9-10-da Yerevanda olub. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

18:40

Əliyevlə Vensin geniş tərkibdə görüşü başlayıb

Bakıda Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb.

18:12

Vens Əliyev ilə görüşür

Bakıda Azərbaycan prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.

18:08

Bakıda ABŞ vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olunub.

AZƏRTAC-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev C.D.Vensi qarşılayıb.

Daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

17:36

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycana səfərə gəlib

Vitse-prezident Cey Di Vens artıq Bakıdadır. Onu Heydər Əliyev adına aeroportda baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb. C.D.Vensin maşın karvanı Zuğulbadakı prezident sarayına yollanıb. Onun prezident İlham Əliyevlə görüşəcəyi, daha sonra geniş formatda görüş keçiriləcəyi gözlənilir.

Davamı

XS
SM
MD
LG