Keçid linkləri

2026, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:22
Putin, Tramp və Zelenski
Putin, Tramp və Zelenski

Putin Zelenski ilə görüşəcəkmi?

Avqustun 18-də Volodimir Zelenski və yeddi Avropa lideri Vaşinqtonda Donald Trampla görüşüb. Danışıqların əsas mövzusu Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olub. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonraya təsadüf edir.

Fransa prezidenti Emmanuel Makron deyib ki, növbəti görüşün üçtərəfli olması lazımdır. Onun sözlərinə görə, bunun üçün atəşkəs lazımdır. O, həmçinin gələcək illər üçün güclü Ukrayna ordusunun yaradılmasının vacibliyini vurğulayıb.

Makron təkcə Ukrayna deyil, həm də Avropa üçün təhlükəsizlik zəmanətinin zəruriliyindən danışıb.

Tramp: "Ukrayna münaqişəsinin həlli perspektivləri bir-iki həftəyə bəlli olacaq"

Eyni zamanda ABŞ prezidenti qeyd edib ki, nizamlanmanın əldə olunmaması ehtimalı da qalmaqdadır.

Oval kabinetdə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin qeyd olunduğu böyük xəritəsi quraşdırılıb. Tramp və Zelenski Ukrayna tərəfdən ərazi güzəştlərini müzakirə edib-etmədiklərini açıqlamayıblar.

"Bild": Tramp Avropa liderləri ilə danışıqları yarımçıq dayandıraraq Putinə zəng edib.

Davamı

XS
SM
MD
LG