Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:39

İlham Əliyevin qızları Londondakı evlərini 16 minə kirayəyə verir


Leyla və Arzu Əliyevalar- şəkil: president.az
Leyla və Arzu Əliyevalar- şəkil: president.az

Böyük Britaniyada Əliyev ailəsi və onlara yaxın şəxslər 200 milyon funt sterlinq dəyərində mülkə sahibdirlər. Bu barədə "The Times" yazır.

Qəzet yazır ki, barəsində elan yerləşdirilən Park-leyndəki penthausun aylıq kirayə haqqı 16 min funt sterlinqdir və reyestr bazasına daxil olan minlərlə məlumatın analizinə əsasən, bu penthaus Leyla və Arzu Əliyevaların dəyəri 21 milyon funt olan London mülklərinə aiddir. Mənzil Londonun ən prestijli rayonlarından birində yerləşir, pəncərəsindən məşhur Hayd-parka mənzərə açılır.

Britaniyada şəffaflıq qaydaları dəyişənədək mülklərin sahibi ictimaiyyətə məlum deyildi.

Əliyevalar göndərilən sorğuya cavab verməyiblər. "The Times" yazır ki, mülklərin hansısa qanunsuz əməllərlə bağlı olduğunu demək mümkün deyil. Amma qəzet onu da əlavə edir ki, ABŞ Dövlət Departamentinin hesabatlarında Azərbaycan hökumətində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir.

Heydərovlar milyonluq mülkləri kreditlə alıb?

Qəzet yazır ki, Londonda Vestminster rayonunda "Shepherd's" restoranının yerləşdiyi mülk Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun 38-yaşlı oğlu Tale Heydərova məxsusdur. 2019-cu ildə bağlananadək bu restoran lobbiçilərin, britaniyalı deputatların, siyasətçilərin toplaşdığı tədbirlərin keçirildiyi məkan kimi tanınırdı.

Azərbaycan, Bakı. Futbolçu Ronaldinhonun Bakıda mətbuat konfransı
Azərbaycan, Bakı. Futbolçu Ronaldinhonun Bakıda mətbuat konfransı

2020-ci ildən mülkə Vircin Adalarında qeydiyyatdan keçən "Oak Trail Limited" şirkəti sahiblənib. Mülk Lionel Zetterə məxsus şirkətdən alınıb. Zetter Tale Heydərovun da rəhbərlik etdiyi lobbiçilik qrupu olan Avropa Azərbaycan Cəmiyyətinin keçmiş direktorudur.

Talenin qardaşı Nicat Heydərovun da Londonda 1.2 milyon funt sterlinq dəyərində mənzili var. Mənzil Qernsi adasında qeydiyyatdan keçmiş "Merton Investments" şirkəti vasitəsilə alınıb.

Qardaşları təmsil edən vəkil Şillinqs bildirib ki, mülkün və əmlakın maliyyə mənbəyi Böyük Britaniyadakı müstəqil bankdan alınan kreditlər, investisiya gəlirləri və dividentlərdir: "Nicat və Tale Heydərovlar Azərbaycan hökumətində və ya siyasətində təmsil olunmurlar, uğurlu iş adamlarıdır. Onların alqı-satqı zamanı hansısa qanun pozuntularına yol vermələri ilə bağlı heç bir hal ola bilməz".

Paşayevlərin Londonda 70 milyonluq mülkləri

Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğlu Mir Camal Paşayev də Böyük Britaniyada doqquz mülkün benefisiarlarındandır, onların ümumi dəyəri 70 milyon funt sterlinqdir.

53-yaşlı Paşayev Azərbaycan investisiya qrupu olan "Pasha Holding"in sədr müavinidir. Sonuncu illik hesabata görə, onun törəmə banklarından biri olan "Paşa Bank"ın sahibləri arasında Leyla və Arzu Əliyevalarla yanaşı, M.C.Paşayev də var. O, sorğulara cavab verməyib.

"The Times" yazır ki, şəffaflıq qaydalarına əsasən, Böyük Britaniyada mülk sahibi olan xarici şirkətlər sahiblərinin kimliyini açıqlamalıdırlar.

Xarici Qurumların Reyestri qanunu Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Britaniyada kimlərin ofşor şirkətlər vasitəsilə mülkə sahib olması barədə şəffaflığı artırmaq üçün yaradılıb və 2022-ci ilin avqustunda qüvvəyə minib.

Bundan öncə, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi araşdırmalarında Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlərin Londonda milyonlarla dollarlıq mülklərin sahib olduqlarını üzə çıxarmışdı.

Azərbaycan hökuməti isə bundan əvvəl bildirmişdi ki, prezidentin ailə üzvlərinin bizneslə məşğul olması qanunla qadağan deyil.

Britaniyanın Milli Cinayət Agentliyi isə Azərbaycan hakimiyyəti ilə bağlı bəzi şəxslərin milyonlarla funt sterlinq dəyərində pulunu müsadirə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG