Photoshop-u yaradan Adobe şirkətinin həmtəsisçisi John Warnock avqustun 19-da 82 yaşında vəfat edib. Bu haqda avqustun 20-də onun şirkəti məlumat yayıb. Ölümün səbəbi açıqlanmayıb.
Şirkətin baş icracı direktoru Shantanu Narayen öz müraciətində deyib: "Bu, Adobe ailəsi və ümumiyyətlə bizim sahəmiz üçün kədərli xəbərdir. O, illərcə öz sahəsinin adamlarına ilham verib".
Warnock Adobe-ni 1982-ci ildə Charles Geschke ilə birlikdə yaradıb. O, 2000-ci ildə təqaüdə çıxıb, amma Müşahidə Şurasına 2017-ci ilə qədər həmsədrlik edib.