Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:19

Rusiya könüllülərdən ibarət daha 40 batalyon toplayıb


Fornmal olaraq belə batalyonlara yazılan könüllülər Rusiya Müdafiə Nazirliyi ilə bir neçə aylıq müqavilə bağlayırlar

Rusiyada məxsusi olaraq Ukraynada döyüşmək üçün könüllülərdən ibarət daha 40 batalyon təşkil olunub.

Bu barədə Rusiyanın Kommersant qəzeti yazır. Qəzetin yazdığına görə belə batalyonlar Rusiyanın regionlarında yazdan bəri toplanır.

Bu barədə məlumatlar istər hakimiyyət mediası, istərsə də müstəqil mediada yayılır.

Belə batalyonlara adətən onların toplandığı regionların adları verilir.

Bu qayda ilə Peterburqda Kronştadt, Pavlovsk və Neva, Yakutiyada Bootur (Elley Bootur yakutların əcdadı hesab olunur-red), Primoryedə Tiqr, Kazanda Alqa və Timer (tatarca “İrəli” və “Dəmir”), Çuvaşıstanda Atal (çuvaşca Volqa çayının adı), Perm diyarında Parma və Molot, Leninqrad vilayətində Nevski və Ladojski batalyonları təşkil olunub.

Bundan başqa İrkutskda təşkil edilən batalyona Anqara, Çelyabinskdə təşkil olunan batalyonlara “Yujnouralets” və “Yujnı Ural” adları verilib.

Tomsk vilayətində təşkil edilən batalyon “Toyan” adlanır.

Bu, XVII əsrdə Tomi çayının sahilində yaşamış tatar knyazının adıdır.

Ukrayna əsgərləri Rusiya ilə savaşda yeni taktikalara əl atırlar
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Çeçenistan fəallıq göstərir

Yerli sakinlərdən ibarət batalyonların təşkilinə hələ Ukrayna müharibəsindən çox əvvəl Çeçenistanda başlanıb.

Onlar bu müharibənin ilk günlərindən cəbhədə döyüşlərə qatılıblar. Bunlar XTMD və Axmat dəstələridir.

Axmat batalyonu Çeçenistan lideri Ramzan Kadırovun atası Axmat Kadırovun şərəfinə belə adlandırılıb.

Ramzan Kadırov iyunun 26-da elan edib ki, Ukrayna müharibəsində iştirak üçün Axmat-Şimal, Axmat-Cənub, Axmat-Qərb və Axmat-Şərq adlı dörd yeni batalyon yaradılır.

Kommersant bildirir ki, yerli rəsmilərin sözlərinə görə regionlar əsasında yaradılan batalyonlarla işləmək daha asandır.

Fornmal olaraq belə batalyonlara yazılan könüllülər Rusiya Müdafiə Nazirliyi ilə bir neçə aylıq müqavilə bağlayırlar.

Onlara ödənilən maaş və ya muzd regiondan regiona 130 və 300 min rubl (2110 və 4848 dollar) civarında fərqlənir.

Bundan başqa müqavilə bağlayanlara döyüş uğurları üçün mükafatlar və hücum əməliyyatları zamanı günə 8 min rubl “sutkalıq” ödənə bilər.

Maaşlar niyə gecikdirilir?

Ötən həftə Müharibə Araşdırmaları İnstitutu (ISW) xəbər verirdi ki, regionlarda könüllülərə maaşların verilməsi ləngidilir.

Bəzi mülahizələrə görə buna səbəb könüllülərin pulu aldıqdan sonra müharibəyə getməkdən imtina edə biləcəyindən ehtiyatlanmalardır.

ISW hesab edir ki, başqa bir səbəb regionlarda muzdlulara ödəmək üçün kifayət qədər vəsaitin çatışmaması ola bilər.

Məsələn ötən həftənin sonunda çuvaşlardan ibarət Atal batalyonunun 40 əsgəri maaşlarının verilməməsi ilə bağlı yerli hakimiyyət orqanlarına şikayət ediblər.

Ekspertlər könüllü toplanışını “gizli səfərbərlik” adlandırırlar.

Onlar bildirirlər ki, səfərbərliyi rəsmi hərbi komissarlıqlar yox, Wagner özəl hərbi şirkəti həyata keçirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG