Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Polis əl-ələ tutan cütlükləri saxlayır


Türkmənistanda cütlük
Türkmənistanda cütlük

İndiyədək polisin parklarda yaxın oturmuş gənc cütlüklərə yaxınlaşaraq onların sənədlərini yoxlaması halları məlumdur.

Türkmənistanda ictimai yerlərdə əl-ələ gəzən onlarla cütlük saxlanıb. Polis onları ənənəvi normaları pozmaqda suçlayır. Bu həbslər ölkədə qadınlara nəzarətin gücləndirilməsi fonunda baş verib.

AzadlıqRadiosu-nun Türkmənistan xidməti Marı şəhərində onlarla cütlüyün “sosial normalar”ı pozmağa görə saxlandığını, əllərinə qandal vurularaq aparıldığını xəbər verir.


“Həyat yoldaşımla gəzirdim, qarşımızda polis maşını saxladı, əməkdaşlar dedilər ki, bizi dindirməyə aparırlar. Bizi ayrı-ayrı otaqlarda dindirdilər”, – Marı sakini söyləyib.

Onun sözlərinə görə, qohumlarına zəng edərək nikah şəhadətnaməsinin və pasportlarının gətirilməsini xahiş edib. Buna baxmayaraq, polis ərlə arvadı ənənəvi türkmən dəyərləri haqda mühazirəyə qulaq asmağa vadar edib.

Keçmişdəki qadınlarla bağlı mühazirə

Anonimlik şərtilə danışan kişinin sözlərinə görə, polis şöbəsində Marı küçələrində eyni “pozuntu”ya görə saxlanan bir neçə nəfər olub.

AzadlıqRadiosu mayda polis şöbəsinə aparılan daha bir neçə Marı sakinini danışdırıb. Bir qadının sözlərinə görə, ona oxunan mühazirə “əsasən qadınlara qarşı yönəlib”. Mühazirəni polis əməkdaşı və bir qadın polis oxuyub, onlar qadınları “abırsız makiyaj etməkdə”, kişilərlə əl-ələ tutmaqla “ədəb qaydalarını pozmaqda” ittiham ediblər.

“Bizə deyirdilər ki, keçmişdə türkmən qadınlar başlarını örtərdilər. Deyirdilər ki, ərli qadınlar gərək başlarını bağlasınlar”, – qadın danışıb. Onun sözlərinə görə, polis əməkdaşları keçmişdə türkmən qadınların təkcə yad kişilər deyil, qayınata, qayın qarşısında da üzlərini örtməsindən danışıblar.

Sənəd imzalayıblar

AzadlıqRadiosu deyilənlərə Marıda, yaxud paytaxt Aşqabadda rəsmilərdən şərh almayıb. Ölkə rəsmiləri ümumiyyətlə, müstəqil media orqanlarına danışmırlar.

Qadın deyir ki, cütlüklər bundan sonra açıq şəkildə sevgi, bağlılıq nümayiş etdirməyəcəklərinə dair sənəd imzalayandan sonra polisdən buraxılıblar. Onlara xəbərdarlıq olunub ki, qaydanı təkrar pozacaqları halda hüquqi nəticələrlə üzləşə bilərlər. Ancaq ittiham və cəzanın nə olacağı deyilməyib.

Əsasən müsəlman ölkəsi olan Türkmənistanda ictimaiyyət arasında əl-ələ tutmaq rəsmən yasaqlanmayıb. Bu ölkənin avtoritar hökuməti əhalinin hüquqlarını, mülki haqları əzməkdə ittiham olunur.

İndiyədək polisin parklarda yaxın oturmuş gənc cütlüklərə yaxınlaşaraq onların sənədlərini yoxlaması halları məlumdur.

Martdan qadağalar artırılıb

Martda Qurbanquli Berdiməhəmmədovun oğlu Sərdar prezidentliyi atasından seçki yoluyla təhvil alandan sonra hökumət qadın hüquqlarına nəzarəti gücləndirib.

Apreldən bəri onlarla qadın müxtəlif gözəllik aksesuarları, saxta kiprik və qaş qoydurdurğuna görə saxlanıb. Polis qadınları saxlayaraq onların dodaq dolğusunun olub-olmadığını yoxlayır.

İşləyən qadınlara kip paltar geyinməmək əmr edilib, buna görə işdən çıxarılanlar var.

Sürücülərə isə ailə üzvü olmayan qadını maşınına mindirməmək göstərişi verilib. Qadınların ön otutracaqda əyləşməsi yasaqlanıb.

Bu ayın əvvəlində hökumətə yaxın mənbələrin AzadlıqRadiosuna bildirdiyinə görə, hakimiyyət türkmən qadınların xaricə səyahətini qadağan etməyi nəzərdən keçirir. Bunun üçün xüsusi rəsmi icazə tələb oluna bilər.

Mənbələrə görə, xaricdə müalicəyə gedən qadınlara müstəsna hüquq verilə bilər. Amma bundan ötrü Səhiyyə Nazirliyindən icazə almaq gərəkəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG