Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə səfəri çərçivəsində qaz və neft ixracı sahəsində ixtisaslaşacaq «SOCAR & Turccas Energy A.Ş.»in yaradılması qərara alınıb. Yeni yaradılacaq şirkət Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsi ilə Türkiyəyə ixrac olunan neft və təbii qazın satılmasıyla məşğul olacaq. Şirkətdə Azərbaycan tərəfinin payı 51, Türkiyənin «TürkQazPetrol» müəssisəsinin payı isə 49 faiz olacaq.