Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin sədri Xaliq Qarayev «Azadlıq» radiosuna bildirib ki, aclıq aksiyasına qoşulmaq istəyənlərin sayı çoxdur. Amma aksiyanın keçirildiyi yerin kiçikliyi buna imkan vermir. Xalid Qarayev dekabrın 11-də məsələyə baxacaq Binəqədi rayon Məhkəməsinin qərarına ümidli olduqlarını bildirir.
Milli Məclisin sədri Oqtay Əsədov isə bu məsələdə tələbələrdə günah görmədiyini, universitetlərin rektorlarının qeyri-qanuni hərəkətə yol verdiklərini deyir:
«Rektorlar qeyri-qanuni olaraq tələbələri universitetlərə qəbul ediblər. Biz bu tələbələrdə o qədər də günah görmürük. Həmin tələbələrin valideynləri məhkəməyə müraciət ediblər. Dekabrın 11-də məsələyə Binəqədi məhkəməsində baxılacaq. Həmin qərarın əsasında da biz çalışacağıq ki, bu məsələ öz müsbət həllini tapsın».
Noyabrın 21-də Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıb. İkinci kurs tələbələri olan gənclərin tələbləri təhsil hüquqlarının bərpa edilməsidir.