Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 12:37

Əhalinin məşğulluq vəziyyətinin monitorinqinə başlanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsilə birgə ölkədə əhalinin məşğulluq vəziyyətinin monitorinqinə başlayıb. Nazirlikdən verilən məlumata görə, monitorinq BMT-nin inkişaf proqramı və Beynəlxalq Əmək Təşkilatının üsullarının tətbiqiylə keçirilir. 14 min ev təsərrüfatını əhatə edəcək sorğulardan sonra əhalinin real məşğulluq səviyyəsi müəyyənləşdiriləcək.


Müasir üsullarla ilk belə monitorinq eyni qurumlar tərəfindən 2003-cü ilin may-iyun aylarında aparılmışdı. Həmin monitorinqdə dörd milyona yaxın iş qabiliyyətli əhalinin 10 faizdən çoxunun işsiz olduğu müəyyənləşdirilmişdi.
XS
SM
MD
LG