Dekabrın 2-də Gəncənin «Yeni Gəncə» yaşayış massivində 20-dən çox ölü ev quşu tapılıb. Sakinlər çoxmərtəbəli binaların həyətində saxlanan ev quşlarının tələf olması barədə yerli Baytarlıq İdarəsinə məlumat veriblər.
Gəncə şəhərinin baş baytar həkimi Hüseyn Abbasov deyir ki, ilkin ehtimallar ev quşlarının müxtəlif infeksiyalardan öldüyünü söyləməyə əsas verir: «Görünür, bu quşlar vaxtında vaksinasiya edilməyib. Havalar soyuyan kimi də infeksion xəstəliklərə tutulublar».
Cənab Abbasov bildirir ki, Respublika Baytarlıq İdarəsi Gəncədə hər ay iki dəfə «quş qripi» xəstəliyi ilə əlaqədar monitorinq aparır. Hələlik heç bir təhlükə qeydə alınmayıb.