Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 04:23

Bakının üçdə biri qazsızdır


Bakının bəzi rayonlarına qazın nə vaxt veriləcəyi hələ məlum deyil
Bakının bəzi rayonlarına qazın nə vaxt veriləcəyi hələ məlum deyil
Paytaxt Bakının təxminən üçdə bir hissəsi - Yasamal, Binəqədi rayonları tamamilə, Nəsimi rayonun da bir hissəsi qazsız qalıb. Bu, dekabrın 1-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qaz kəmərində baş verən partlayışın nəticələrinin hələ də aradan qaldırılmamasıyla bağlıdır

Bu haqda «Azadlıq» radiosuna «Azəriqaz»ın rəsmisi Nüsrət Qasımov məlumat verib. Bu, dekabrın 1-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qaz kəmərində baş verən partlayışın nəticələrinin hələ də aradan qaldırılmamasıyla bağlıdır. Təmir işlərinin davam etdiyini deyən cənab Qasımov qazın nə vaxt veriləcəyinin hələ məlum olmadığını bildirir.


Dekabrın 1-də Sulutəpə qəsəbəsindən keçən yüksəktəzyiqli magistral qaz borusundan təbii qaz sızması nəticəsində yanğın baş verib. Kəmərin üzərində tikilən üç evdə yanğın baş verib. Faktla əlaqədar araşdırma aparılır və dəyən ziyan müəyyənləşdirilir.


XS
SM
MD
LG