Venesuela Rusiyadan «Su-30» markalı iki qırıcı təyyarə alıb. Bu, tərəflər arasında imzalanmış 3 milyard dollardan artıq hərbi müqavilə əsasında həyata keçirilir.
Razılaşmaya əsasən, Rusiya bu ölkəyə 24 qırıcı təyyarə göndərəcək. Onlar Amerikanın istehsalı olan köhnə «F-16» təyyarələrini əvəz edəcək.
Razılaşmada Venesuelaya hərbi vertolyot və atıcı silahlar da göndərilməsi nəzərdə tutulur.