Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:08

Hacı Məmmədovun məhkəməsinin yekunlaşması barədə vəsatət qaldırıldı


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin noyabrın 30-da keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Abdulla Yusifov məhkəmə istintaqının yekunlaşmasıyla bağlı vəsatət qaldırıb. Vəkil Adil İsmayılov isə vəsatətə etiraz edib. Bildirib ki, ittihamçılar prosesi tələsik sona çatdırmaq istəyirlər. Cənab İsmayılovun məhkəmə tərkibinə etiraz etməsiylə bağlı vəsatəti isə təmin olunmayıb.


Noyabrın 30-da keçirilən məhkəmə prosesində vəkili Səməd Əliyevin xahişindən sonra Hacı Məmmədovun məhkəmədəki iştirakı da təmin olunub. O, iki gün əvvəl məhkəməyə hörmətsizlik səbəbilə prosesdən uzaqlaşdırılmışdı.


Dekabrın 1-də hakim dövlət ittihamçısının məhkəmə istintaqının yekunlaşdırmaqla bağlı vəsatəti haqqında qərarını elan edəcək.


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG