Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:45

Bir günə 480 mindən çox yoluxma


Almaniyada Yeni il atəşfəşanlığı
Almaniyada Yeni il atəşfəşanlığı

Yanvarın 4-də ABŞ-da 480 mindən çox yoluxma aşkarlanıb

Birləşmiş Ştatlarda COVID-10-a yoluxmalar sürətlə artır və hazırda ölkə boyunca yeni yoluxmaların təxminən yarısı omikron ştammı ilə bağlıdır. Azı bir qubernator fövqəladə vəziyyət elan edib, digəri xəstəxanaların dolacağı haqda xəbərdarlıq səsləndirib.

Yanvarın 4-də ABŞ-da 480 mindən çox yoluxma aşkarlanıb. Test verənlərin 23 faizə qədərində nəticə müsbət çıxıb. Bu statistikanı Cons Hopkins Universiteti aparıb.

Yoluxmaların 95.4 faizi

“Reuters” agentliyi isə yoluxma sayının daha çox – 979 minə yaxın olduğunu bildirir ki, bu, yeni dünya rekordudur. Agentlik həftəsonu aşkarlanmış bəzi yoluxmaların da bu statistikaya salındığını qeyd edir.

Yaponiya, Hindistan, Avstraliya və Almaniya kimi ölkələr də gündəlik yoluxmalarla bağlı böyük rəqəmlər açıqlayıblar. Yüksək yoluxucu omikron ştammının isə səngimə əlaməti yoxdur.

Prezident Co Bayden amerikalıları narahat olmağa, amma təlaşlanmamağa çağırıb. Ölkədə koronavirusun nəzarətdən çıxması iddiaları səslənsə də, Bayden indiki vəziyyətin 2020-ci ilin əvvəlini, yaxud ötənilki ölümcül qışı xatırlatdığını söyləyib.

Prezident vaksinlərin, buster dozaların, müalicəvi dərmanların tam peyvənd olunanlar üçün təhlükəni azaltdığını vurğulayıb.

Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, yeni omikron ştammı yanvarın 1-dək ABŞ-da yoluxmaların 95.4 faizini əhatələyib.

Mövcud data omikronun vaksinlərdən daha yaxşı yayındığını, amma peyvənd olunanlarda daha yüngül simptomlara, əvvəlki ştamlarla müqayisədə daha az ölümə səbəb olduğunu göstərir.

Merilend

Amma bir sıra ştatlar vətəndaşları çətin dönəmə hazırlaşmağa çağırıb.

Merilenddə fövqəladə vəziyyət elan edilib. Qubernator Larri Hoqan deyib ki, növbəti dörd-altı həftə “bütün pandemiyanın ən çətin dövrü” olacaq. Hoqan bunu mətbuat konfransında deyib ki, proqnozlar COVID-19-la bağlı hospitalizasiyanın ştatda ötən il qeydə alınandan iki dəfə çox ola biləcəyini göstərir.

Merilend Milli Qvardiyasının minədək üzvü pandemiya ilə bağlı əməliyyatlara cəlb olunub. Ştatda artıq 3 mindən çox yoluxma aşkarlanıb ki, bu da son yeddi həftənin göstəricisindən beş dəfə çoxdur.

Kentukki ştatı da yanvarın 4-də gündəlik yoluxmalarda yeni rekord qeydə alıb. Qubernator Endi Beşir sakinləri peyvənd olunmağa, maska taxmağa çağırıb.

“Omikron heç vaxt görmədiyimiz artıma səbəb olur və belə getsə, xəstəxanalarımız dolacaq”, – o, Twitter-də yazıb.

Fransa

Fransa Prezidenti Emmanuel Makron isə yerli qəzetə müsahibəsində deyib ki, vaksin olunmayanların restoranlara, teatrlara və digər ictimai yerlərə girişini qadağan etməklə onları “bezdirmək” istəyir. Onun bu sözləri qalmaqal yaradıb.

“Peyvənd vurdurmayanları gerçəkdən bezdirmək istəyirəm. Bunu sonadək davam etdirəcəyik. Strategiya budur”, – Makron “Le Parisien” qəzetinin yanvarın 4-də dərc etdirdiyi müsahibədə deyir.

Hökumət yanvarın 15-dən teatr və digər mədəniyyət ocaqları, şəhəriçi tramvaylar, kafelərə giriş üçün vaksinasiyasını məcburi edəcək qanunvericiliyi keçirməyə çalışır.

“Peyvənd olunmayanları həbsxanaya göndərməyəcəyəm, onları zorla vaksin etdirməyəcəyəm. Onlara deməliyik ki, yanvarın 15-dən daha restorana gedə, kiminləsə əyləşə, kofe içə, teatra, kinoya gedə bilməyəcəksiz…” – Makron vurğulayıb.

Bu sözlər prezidentin müxalifətdən olan rəqiblərinin tənqidinə səbəb olub.

“Prezident belə deməməlidir. Emmanuel Makron vəzifəsinə layiq deyil”, – ifrat sağçı lider Marin Lö Pen deyib.

Rio de Janeyroda dünyaca məşhur karnaval artıq ikinci ildir təxirə salınır. Yanvarın 4-də Rionun meri Eduardo Paes hər il yüzminlərlə səyahətçi cəlb edən tədbirin təxirə salındığını açıqlayıb. Braziliyanın digər şəhərləri də karnaval tədbirləri keçirməyəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG