Noyabrın 28-də Ankaraya gələn Roma Papası XXVl Benedikt Türkiyəni «dinlər arasında körpü» adlandırıb və bu ölkəni mədəniyyətlərarası birliyə çağırıb. Papa onu hava limanında qarşılayan Baş nazir Rəcəb Təyyub Ərdoğana deyib ki, Türkiyə demokratik islam ölkəsidir. O, Papa vəzifəsinə başlayandan Türkiyəyə səfərə gəlmək istədiyini də bildirib. Cənab Ərdoğan isə bu səfəri mənalı adlandırıb.
Görüşdən sonra R.T.Ərdoğanın bildirdiyinə görə, Türkiyənin Avropa Birliyinə qəbulu istəyinə Papa dəstək verdiyini deyib. Papa olmazdan qabaq XXVl Benedikt demişdi ki, Türkiyənin islam ölkəsi olması onun Avropaya aid olmaması deməkdir.
Dörd günlük səfərə çıxmış Papanın həmçinin islam barədə dediyi tənqidi fikirlərin acısını ovundurmağa çalışacağı gözlənir. Papa həmçinin ortodoks kilsəsinin başçısı ilə də görüş planlaşdırıb. Səfər görünməmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunur.