Bundan sonra təqaüd alan keçmiş hərbi qulluqçular yenidən orduya çağırıldıqda onlar həm təqaüdlərini, həm də əməkhaqlarını tam şəkildə alacaqlar. Noyabrın 28-də Milli Məclis bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik edib. İndiyə qədər isə ordudan tərxis olunub təqaüd alan hərbi qulluqçular yenidən orduya çağırıldıqda onlara təqaüd ödənilməsi dayandırılırdı.
Həmin qanuna edilən başqa bir dəyişikliyə görə isə təkcə Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatları deyil, keçmiş deputatları da vəfat etdikdə onların ailələri fəaliyyətdə olan deputatın maaşına uyğun deputat təqaüdü alacaq.