Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

NATO Belarus missiyasına məhdudiyyət qoyur, amma Türkiyə...


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

NATO bu təşkilatdakı Belarus diplomatik missiyasının hüquqlarını məhdudlaşdırıb.

Alyasnın baş katibi Yens Stoltenberq mayın 31-də bu barədə bəyanat verərkən deyib ki, qərar sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi ilə bağlıdır.

Belarus NATO üzvü olmasa da 1992-ci ildə Sovet İttifaqı çökəndən bəri alyansla bağlara malikdir və onun 1998-ci ildən bəri NATO-nun qərargahında diplomatik missiyası var.

NATO ilə partnyorluq əməkdaşlığı çərçivəsində Belarus missiyasının alyansın seminarlarında və NATO ölkələrinin silahlara nəzarətə və hərbi təlimlərə həsr olunmuş iclaslarında iştirak etmək hüququ var.

Stoltenberq NATO müdafiə nazirlərinin iyunun 1-də keçiriləcək iclasının ərəfəsində keçirdiyi mətbuat konfransında deyib ki, Belarus missiyasının NATO qərargahındakı hüquqlarına məhdudiyyət qoyulacaq.

Baş katib bu məhdudiyyətlərin nədən ibarət olduğu barədə təfsilatı açıqlamayıb.

Türkiyə Belarusu dəstəkləyib

Mayın 23-də Ryanair şirkətinin Afinadan Vilnüsə uçan təyyarəsinin Belarus üzərində səmtinin dəyişdirilməsi və onun qırıcıların iştirakı ilə məcburən Minsk hava limanına endirilməsi, habelə daha sonra bu təyyarənin sərnişinlərindən biri olan blogerin həbs olunması Qərb ölkələrini qəzəbləndirib.

Buna baxmayaraq ötən həftə Belarusun Sülh Naminə Partnyorluq proqramından çıxarılmasına dair qərar qəbul olunmayıb.

Reuters yazır ki, bu qərarın qəbul edilməsinə Türkiyə mane olub. Ankara bildirir ki, Belarusun proqramdam çıxarılması Rusiya ilə münasibətləri daha da kəskinləşdirə bilər.

NATO səfirləri ötən həftə keçirilən iclasda Belarusun beynəlxalq mülki aviasiya normalarını qeyri-məqbulı şəkildə pozduğunu və sərnişinlərin həyatını riskə atdığını bildirmişdilər.

Stoltenberq hadisəni “dövlət səviyyəsində təyyarəqaçırma” adlandırmışdı.

XS
SM
MD
LG