Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Levon Ter-Petrosyan: 'Xalqımızı yeni itkilər və məyusluqlar gözləyir'


Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan

Ermənistan müxalifətinin əksəriyyətinin baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanı 44 günlük müharibədə məğlubiyyətin yeganə təqsirkarı olmasını elan etməsinə rəğmən, ölkənin birinci prezidenti məsuliyyəti yalnız Paşinyanın daşımadığını bəyan edib.

Levon Ter-Petrosyan ilur.am saytında yazdığı böyük məqalədə qeyd edir ki, 1997-ci ildən bəri onun özünün Erməni Ümumilli Hərəkatından başqa bütün Ermənistan siyasi qüvvələri Qarabağ probleminin güzəştli həlli üçün bütün əlverişli imkanları pozmuş və kompromislərdən imtina, habelə status quo-nun saxlanması kimi məhvedici yol tutumuşlar.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, keçmiş prezidentin gəldiyi qənaətə görə nəticədə “bu ölümcül kurs bütün növbəti siyasi rejimlərin dövlət səviyyəsində apardıqları siyasətə çevrilib və fəlakətə gətirib çıxarıb”.

Ter-Petrosyanın fikrincə məhz elə buna görə də hamı bugün təqsiri Nikol Paşinyanın boynuna qoyur:

“Öz məsuliyyət payını habelə millətin elitası – ziyalıların əksəriyyəti, politoloqlar, təhlilçilər, jurnalistlər, alimlər, ali məktəb professorları və diasporanın demək olar bütün strukturlarının liderləri daşıyırlar”.

Vazgen Sarkisyan öz səhvini düzəltmək istəyəndə...

Keçmiş prezident bəyan edir ki, bu adamlar “bir qarış da vermərik” tezisini ermənilərin az qala “İncil qədər mübahisəsiz” etiqadına çeviriblər:

“İfadəli desək, Nikol Paşinyan son olaraq bütün sadaladığım qüvvələr, Vazgen Sarkisyanın iki “nəsihətini” parlaq şəkildə icra ediblər: “Qanla alınan torpağı kağız üzərində qaytarmırlar”. Bu isə o deməkdir ki, onu daha böyük qanla təslim edirlər. İndi elə bu da baş verib. Başqa bir nəsihətdə isə deyilirdi: “Kompromisə yalnız məcbur olanda gedərik”. Baxın, məcburi kompromis elə kapitulyasiya deməkdir və o bugün gerçəyə çevrilib”.

Levon Ter-Petrosyan daha sonra ən yeni Ermənistan tarixinin qanlı hadısələrindən birinə toxunub:

“İnsafən özümə borc bilirəm qeyd edəm ki, Vazgen gec də olsa öz səhvini başa düşərək bunu Karen Demirçyanla blok yaratmaqla düzəltmək istəyirdi. O Qarabağ tənzimləməsini realist axarına qaytara bilərdi. Lakin 27 oktyabr cinayəti bu ümidverən prosesə son qoydu”.

“Tarixdən dərs almaq qabiliyyəti”

Eks-prezident əmindir ki, xalqın ölkənin taleyinə düşən bu fəlakətdə heç bir rolu, erməni ordusunun isə məğlubiyyətdə heç bir günahı yoxdur:

“Biz Azərbaycana məğlub olmadıq, öz siyasi fikrimizin kallığından məğlubiyyəti öz üstümüzə gətirdik”.

Levon Ter-Petrosyan təəssüflə qeyd edir ki, müharibədən sonrakı dövrdə ritorika həm Ermənistanın özündə, həm də diasporada beynəlxalq icmanın dəstəyinə olan “əbəs” ümidlərlə doludur və Azərbaycan və Türkiyənin ünvanına “qeyri-ciddi və hətta təhlükəli” hədələr səsləndirilir.

Ter-Petrosyan əmindir ki, bütün bu ritorika seçki kampaniyasında daha da güclənəcək və “bizim tarixdən dərs ala bilmək qabiliyyətimizə olan ümidləri puç edəcək”.

“Bu o deməkdir ki, xalqımızı yeni itkilər və məyusluqlar gözləyir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG