Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Ermənistan seçkisinin daha bir personajı: Ara Abrahamyan


Milyarder Ara Abrahamyanın seçkiyə qoşulması Ermənistana nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

Milyarder Ara Abrahamyanın seçkiyə qoşulması Ermənistana nə vəd edir?

Riçard Giraqosiyan: Belələri ABŞ-da kriminal, Ermənistanda oliqarx kimi tanınır.

Ermənistanda qarşıdan gələn parlement seçkilərinə milyarder Ara Abrahamyan da qatıla bilər. Bir neçə gün əvvəl, mayın 21-də rəhbəri olduğu “Rusiyadakı erməni icmasının” saytında onun adından müraciət də yayımlanıb. Müraciətində Ara Abrahamyan qeyd edir ki, nə hakimiyyət, nə də müxalifət ölkəni böhrandan çıxarmaq iqtidarında deyil:

“Ölkə konstitutsiyası mənim dövlətin seçkili orqanlarında vəzifə tutmağıma imkan verməsə də, bu, bizim böyük potensialımızın - təcrübə və biliyimizin, vətəni xilas etmək üçün xidmətlərimizə maneə olmamalıdır”.

Ara Abrahamyan 2016-cı il aprel hadisələrindən sonra da seçkilər yolu hakimiyyətə gələcəyini bildirmişdi.

“Belələri ABŞ-da kriminal, Ermənistanda oliqarx kimi tanınır”

Ermənistandakı Regional Araşdırmalar mərkəzinin rəhbəri Riçard Giraqosiyan onun seçkilərdə ciddi bir nəticə əldə edəcəyinə inanmır. Şərhçi deyir ki, o Rusiya icmasında yaxşı tanınan bir fiqurdur:

“Onun Rusiya prezidenti Vladimir Putinlə, Kremlə çox yaxşı əlaqələri var. O Rusiyadakı erməni icmasının rəhbəri kimi əsas rolu Rusiyada yaşayan erməniləri qarşıdan gələn seçkilərdə daha da fəal etməkdir. Keçmişdə də Abrahamyan bir neçə dəfə hakimiyyətə gələcəyini demişdi, amma onun bu vədi heç vaxt gerçəkləşməyib. Ermənistan mediasında onun qarşıdan gələn seçkiyə də qatılacağı yazılır. Amma mən onun bu seçkidə elə də ciddi bir rolu olacağını düşünmürəm. Bu sadəcə olaraq, seçki kampaniyasına Rusiya yönümlü elementlər qatacaq, amma seçkidə ciddi bir siyasi gücə çevrilə bilməyəcək. Xüsusilə də ona görə ki, Abrahamyan Ermənistanda elə də məhşur deyil”.

Riçard Giraqosiyan hesab edir ki, Rusiyanın qarşıdan gələn seçkidə müxalifəti dəstəkləməyəcəyi ehtimalı da Abrahamyanın şanslarını azaldır.

64 yaşlı Ara Abrahamyan sovet dönəmində 1981-ci ildə SSRİ Elektron Sənayəsi Nazirliyində idarə müdiri vəzifəsində çalışıb. Onun özü Kommersant qəzetinə müsahibəsində deyib ki, sərvətini qiymətli daş-qaşların biznesindən əldə edib.

Riçard Giraqosiyan deyir ki, onun kimi şəxslər ABŞ-da kriminal, Azərbaycan və Ermənistanda isə oliqarx kimi tanınır. Onun fikrincə, Abrahamyanın bu qədəri sərvəti necə əldə etməsi şübhəlidir.

Ekspert: Rusiya kəşfiyyatı ilə münasibətləri var

Təhlükəsizlik Aradırmaları mərkəzinin rəhbəri İlham İsmayıl Ara Abrahamyanın kareyasındakı yüksəlişi yaxından izləyib. Ekspert deyir ki, adi bir mühəndis kimi Elektron Sənayəsi Nazirliyində işə başlayan Abrahamyanın təhlükəsizlik xidməti ilə sıx əməkdaşlığı olub:

“Rusiya xüsusi xidmət orqanları ilə münasibətləri kifayət qədər güclüdür. SSRİ dağılandan sonra bunu istiqamətləndiriblər Afrikaya. Afrikada neft sahəsində ilk işləri Qəzzafi ilə olub. Milyarda qədər pul qazanıb. Düzdür, Qəzzafi öləndə onun pulunun bir hissəsi itib. Onun məşhur bir ifadəsi vardı. Deyirdi ki, Qəzzafi ölkəsini itirdi, mənsə pullarımı”.

İlham İsmayılın fikrincə, Abrahamyan rusiya nə deyirsə, onu edən, Rusiyanın siyasətini icra edən bir fiqurdur. Onun sözlərinə görə, onun seçkiyə qatılmağı da Rusiyanın istəyi ilə baş verir. Əsas məqsəd Ermənistan parlamentində Rusiya xüsusi xidmət orqanları ilə əməkldaşlıq edənlərin də olmasıdır:

“Seçkiyə bir aydan az vaxt qalıb. Yəqin ki, onun partiya yaratmaq, bunu qeydiyyatdan keçirməyə vaxtı çatmayacaq. Ona görə də hansısa bir blokla seçkilərə gedəcək. Qalib gəlməsə də əsas məqsəd parlamentə düşə bilməkdir”.

Azərbaycanla münasibətlərinə gəlincə isə, İlham İsmayıl düşünür ki, Rusiya münasibətləri necə istəsə, Abrahamayan da elə quracaq.

Keçən il sentyabrın 27-də başlayıb 44 gün sürən Azərbaycanla müharibədən sonra Ermənistanda Baş Nazir Nikol Paşinyana qarşı kütləvi etirazlar başlayıb.

Buna görə hökumət növbədənkənar parlament seçkisi elan edib. Seçkilərin iyunun 20-də keçirilməsi planlaşdırılır.

XS
SM
MD
LG