Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:57

Gəlir azalıb, qiymətlər yüksəlib və səbələr...


Azərbaycan manatı və ABŞ dolları

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Eyni zamanda, qeyd olunub ki, bu ilin 3 ayında bahalaşma 4 faiz təşkil edib.

Fermer: 'Ömrümün sonunacan işıq pulu verməyəcəm'
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00


İqtisadçı Azər Mehtiyev mövzu ilə bağlı Azadlıq Radiosuna açıqlamasında əməkhaqlarının 4 faiz azalması, qiymətlərin isə 4 faiz artmasını yaşayış səviyyəsində 8 faiz pisləşmə kimi dəyərləndirib:

“ Əhalinin yaşayış səviyyəsinin 8 faiz pisləşməsi deməkdir”

“Komitənin məlumatı əhalinin yaşayış səviyyəsinin 8 faiz pisləşməsi deməkdir”.

Azər Mehtiyev hesab edir ki, indiki vəziyyətdə “hökumət nə etməlidir” sualı bütövlükdə iqtisadiyyatı əhatə edən sualdır:

“Bu suala cavab vermək o qədər də asan deyil. Əgər söhbət əhalinin yaşayış səviyyəsinə təsirindən gedirsə, uzun müddətdir qiymətlərin artmasının səbəblərinin üzə çıxarılması müzakirə predmetidir. Özü də qiymət artımı o zaman baş verir ki, manat dollara nisbətən sabit saxlanılır və bu, iqtisadi sabitlik kimi təqdim olunur ”.

Azər Mehtiyev, arxiv foto
Azər Mehtiyev, arxiv foto

İqtisadçının fikrincə, iqtisadi durum bir tərəfdən gəlirlərin azalmasında, digər tərəfdən qiymətlərin artmasında, inflyasiya isə bilavasitə hökumətin həyata keçirdiyi siyasətin nəticəsi olaraq göz önünə gəlir. O, qeyd edib ki, idxal mallarına rüsumlar artırılır:

“Gömrükdə və vergidə baş verənlər qiymətlərin artmasına gətirib çıxarır ”

“Vergilərin artması göz önündədir və nəticədə qiymətlərə təsir edir. Xüsusilə cari ilin əvvəlindən gömrükdə və vergidə baş verənlər qiymətlərin artmasına gətirib çıxarır. Nəhayət, Azərbaycan iqtisadiyyatında nə qədər ki, məmur sahibkarlığı və inhisarçılıq qalır, bu, hər zaman qiymətlərin artmasına təsir göstərəcək. Ona görə hökumət ciddi şəkildə inhisarı aradan qaldırıb azad rəqabət mühitini təmin etməlidir ki, qiymətlərin qalxmasının qarşısı alınsın”.

“Pandemiyanın gətirdiyi problemlər qalır”

Vahid Əhmədov, 2011
Vahid Əhmədov, 2011

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov isə bu barədə suala cavab verərkən deyib ki, hazırda koronavirus pandemiyası bitməyib və pandemiyanın gətirdiyi problemlər qalır:

“Konkret olaraq, iş yerlərinin azalması problemləri, insanların hamısı işləmir. Ümumi Daxili Məhsulda da azalma var, nəticədə insanların maaşlarında da azalma yaranıb, qiymət artımı olub və bu gün də davam edir. Bunlar hamısı bir-biriylə əlaqəlidir. Ona görə yaranmış mövcud vəziyyəti adi hesab edirəm”.

“Hökumət nə etməlidir”

sualına gəlincə, deputat V.Əhmədov deyir ki, işçilərin əməkhaqqının azalması və qiymət artımının eyni qədər artması tərs mütanasibdir:

“Hökumət çalışmalıdır ki, belə olmasın, yəni qiymət artımı, inflyasiya varsa, maaş da artmamalıdır. Məsələ ondadır ki, hazırda işğaldan azad olunan ərazilərdə çox böyük işlər gedir. Bununla belə hökumət əməkhaqqına diqqət yetirməlidir, çünki insanların yeganə gəlir mənbəyidir”.


Yazıda yer alan fikirlərə Azərbaycan Nazirlər Kabinetindən isə münasibət almaq mümkün olmayıb.

Şərhlər

XS
SM
MD
LG