Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:16

Dövlət zəmanəti ilə alınan kreditlər haqqında, bildiklərimiz və bilmədiklərimiz...


ABŞ dolları
ABŞ dolları

Dünya Bankı mayın 21-də Azərbaycanın «Regional bağlantılarının inkişafı» adlı yol layihəsinə 65 milyon ABŞ dolları kredit ayırıb. Ümumi dəyəri 95,88 milyon dollar olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.

Ümumilikdə isə 2021-ci il yanvarın 1-nə Azərbaycan beynəlxalq maliyyə-kredit qurumları ilə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək 13,031 milyard dollar ekvivalentində kredit sazişləri imzalayıb. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında icmal hesabatda qeyd olunub ki, sözügedən məbləğ 168 layihə və proqram üzrə 210 kredit sazişi çərçivəsində imzalanıb.


Bəs bütün bu kreditlər təyinat üzrə xərclənilirmi?

Nazirlər Kabinetinin hesabatına görə 2021-ci il yanvarın 1-nə qədər istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3,732 milyard dollar əsas borc qaytarılıb :

«Hazırda xarici kreditlər hesabına ölkə daxilində 19 layihənin, o cümlədən nəqliyyat sektoru üzrə 8, su təchizatı və kanalizasiya sisteminin bərpası sektoru üzrə 4, sosial sektor üzrə 2, kənd təsərrüfatı sektoru üzrə 2, enerji sektoru üzrə 2, ədliyyə sektoru üzrə 1 layihənin həyata keçirilməsi davam edilir».

İndiyədək Dünya Bankı Azərbaycana 71 layihə üzrə 4,15 milyard dollar, Asiya İnkişaf Bankı 74 layihə üzrə 4,44 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə 174 layihə üzrə 3,084 milyard avro ayırılmasını öz öhdəliyinə götürüb.Təkcə 2020-ci ildə Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank ölkəyə martın 5-də məşğulluğun dəstəklənməsi layihəsinə 100 milyon dollar, həmin ayın 26-da isə «Məhkəmə xidmətləri və əqli infrastruktur» layihəsinə əlavə 50 milyon dollar kreditin verilməsini təsdiqləyib.

Vahid Əhmədov, 1 oktyabr 2011
Vahid Əhmədov, 1 oktyabr 2011

«Maliyyə Nazirliyi cənab Prezidentin göstərişinə əsasən bunu nəzarətə götürüb»

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov «Turan» İnformasiya Agentliyinə bildirib ki, ayrılan kreditlərin xərcləməsində müəyyən problemlər var:

«Amma son vaxtlar Maliyyə Nazirliyi cənab Prezidentin göstərişinə əsasən bunu nəzarətə götürüb».

Komitə üzvü qeyd edib ki, beynəlxalq maliyyə institutlarının ayrdığı kreditlərin iki növü var :

«Var təminatı kreditlər, var təminatsız. Dövlət təminatlı kreditlər dövlətin zəmanəti əsasında verilir, bir də var ki, təşkilatlar və şirkətlər birbaşa kredit müqaviləsini bağlayır və orada dövlətin heç bir zəmanəti olmur».


«Şəffaflıq və bəzi digər məsələlər tam öz həllini tapmayıb»

V. Əhmədov vurğulayıb ki, Dünya Bakı ilə bağlanan müqavilələr dövlət zəmanətli kreditlərdir :

«Ona görə də onlar nəzarətdə olur. Düzdür, ümumilikdə kreditlərin hamısı təyinat üzrə xərcənsə də, şəffaflıq və bəzi digər məsələlər tam öz həllini tapmayıb».

Natiq Cəfərli, arxiv foto
Natiq Cəfərli, arxiv foto


İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda kreditlərin xərcləməsi ilə bağlı şəffaflıq çox aşağı səviyyədədir:

«Büdcə xərcləmələrinə formal da olsa nəzarət mexanizmi həyata keçirən qurum Hesablama Palatasıdır. Onlar formal da olsa ildə bir dəfə hesabat yazırlar ki, büdcə xərcləmələri hansı istiqamətlər üzrə oldu, harda çatışmazlıqlar var. Kreditlərlə bağlı belə hesabat isə ümumiyyətlə yoxdur».

«Kreditlərin detalları haqqında heç bir açıqlama verilmir»

O, deyir ki, Nazirlər Kabineti bununla bağlı açıqlamalar verməlidir, Maliyyə Nazirliyi Xərclərə Nəzarət Departamenti vasitəsilə kreditlərin xərc istiqamətlərinə nəzarət etməlidir :

«Amma bu gün bir dənə də olsun rəsmi qurumlar tərəfindən ayrılmış kreditlərin hesabatlılığı ilə bağlı sənəd olmayıb. Sadəcə ayrılmış vəsaitin həcmi, layihənin adı açıqlanır, amma kreditlərin detalları haqqında heç bir açıqlama verilmir».

N.Cəfərlinin sözlərinə görə, çox zaman isə dövlət kreditlərindən başqa şirkətlərin dövlət zəmanətilə aldığı kreditlər var ki, onlarla bağlı məlumatlar demək olar ki, qapalıdır :

«Çoxlu dövlət şirkətləri var ki, dövlət zəmanətlilə bu günə qədər milyardlarla kredit alıblar, amma xərcləməsi ilə bağlı hesabatlılıq təqdim edilməyib».

Yazıda qeyd edilən fikirlərə, hələlik, Maliyyə Nazirliyi və başqa rəsmi qurumlardan isəmünasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG