Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:10

406 gündəlik yoluxma aşkarlanıb, 11 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 769 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 21-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 331883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319271-i sağalıb, 4839-u vəfat edib, 7773-ü isə aktiv xəstədir.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10009, ötən müddət ərzində isə ümumilikdə 3435192 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG