Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:44

Bir günə cəmi 13 min peyvənd...


Koronavirus əleyhinə peyvənd vurulması, arxiv foto

Azərbaycanda 1 milyon 760 mindən çox şəxs koronavirus əleyhinə peyvənd olunub.
Bu barədə mayın 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qurumdan bildirildiyinə görə, bunun 1 milyon 20 mindən çoxu birinci, qalanlari isə ikinci mərhələnin payına düşür. Mayın 13-də ölkədə ümumi peyvənd edilənlərin sayı isə cəmi 13 mindən bir qədər çox olub.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Hazırda yaşı 18 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (4,5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Azərbaycana az miqdarda AstraZeneca və Rusiyanın Sputnik V peyvəndlərinin də gətrilib tədbiq edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 328994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4754-ü nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG