Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 16:42

İsrail Qəzzəyə raket zərbələrini gücləndirir


Qəzzə şəhəri, 14 may, 2021-ci il

Qəzzənin Səhiyyə Nazirliyi mayın 10-dan 28-i uşaq olmaqla 109 fələstinlinin öldürüldüyünü, 600-dən çox insanın yaralandığını bildirir. İsraildə 7 nəfər öldürülüb, biri 6 yaşlı oğlandır

Mayın 14-nə keçən gecə İsrail Qəzzəni artilleriya və raket atəşinə tutub. Daha öncə anklavdan raketlər atıldığı bildirilsə də, İsrail əraziyə quru hücumuna başlamayıb.

İsrail sərhədə hərbi qüvvə yığdığını bildirib.

Bu həftə qızışmış münaqişədə Fələstin tərəfdən uşaqlar daxil olmaqla azı 100 nəfərin, İsraildə isə yeddi nəfərin öldürüldüyü xəbər verilir.

Əməliyyatlar güclənir

“Həmasa ağır bədəl ödətdirəcəyimizi demişdim. Bunu edirik və daha güclü qüvvə ilə davam edəcəyik”, – Baş nazir Bencamin Netanyahu mayın 13-də videomüraciətində deyib.

İsrail ordusunun Twitter-də yazmasına görə, artilleriya və raket zərbələri Həmasa qarşı əməliyyatın bir hissəsidir, ancaq sonradan hərbçilərin Qəzzəyə girmədiyini qeyd edib.

Həmasın hərbi sözçüsü isə deyib ki, İsrailin quru hücumu “düşmənin daha çox ölü əsgərinə və əsirinə sahiblənməyimizə fürsət” yaradacaq

Münaqişə səngimək bilmir, İsraildə isə ərəblərlə yəhudilər arasında zorakılıqlar artır, hər iki tərəfdən bərk döyülənlər var, polis məntəqələrinə hücum olunur.

Polis “poqrom”ların qarşısını alır

Müdafiə naziri Benni Qants daxili iğtişaşları yatırtmağa əlavə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu bildirib.

Toqquşmaların qaynar nöqtələrindən olan Lod şəhərində silahlı bir qrup yəhudiyə atəş açıb, birini yaralayıb.

Polisin sözçüsü Miki Rozenfeld çoxsaylı şəhərlərdə zorakılığın son onillər görünməmiş həddə çatdığını, polisin “əslində poqromları önlədiyini” vurğulayıb.

İsrailə ötən gecə Livanın cənubundan raket atıldığı bildirilir və İsrailin şimal sərhədində yeni cəbhə açılacağı təhdidi yaranıb. Raketlər dənizə düşüb.

BMT-nin Təhlükəsizlik Şurası mayın 16-da bir araya gələrək münaqişəni müzakirə edəcək.

Misir təmsilçiləri atəşkəs əldə olunması üçün İsrailə gediblər. Misir adətən İsraillə Həmas arasında vasitəçi kimi çıxış edir, daha öncəki əməliyyatların dayandırılmasında vacib rol oynayıb.

Dinc sakinlərin ölümü

Raket zərbələrində onlarla bina dağıdılıb.

Qəzzənin Səhiyyə Nazirliyi mayın 10-dan 28-i uşaq olmaqla 109 fələstinlinin öldürüldüyünü, 600-dən çox insanın yaralandığını bildirir.

İsraildə 7 nəfər öldürülüb, biri 6 yaşlı oğlandır.

Dinc sakinlərin ölümünə görə İsrail beynəlxalq tənqidlə üzləşib. İsrail isə Həması günahlandırır, mülki əhalinin yaşadığı yerlərə raket atmaq dinc sakinlərinə təhlükə yaratdığını deyir.

2014-cü ildən bəri münaqişənin ən ağır şəkildə qızışmasına həftəsonu Yerusəlimdəki Əl-Əqsa məscid kompleksində itaətsizlik səbəb olub. Bu məscid həm müsəlmanlar, həm də yəhudilər üçün müqəddəsdir.

Narazılıq isə Şərqi Yerusəlimdən bəzi fələstinli ailələrin çıxarıla biləcəyindən qaynaqlanıb.

Şərhlər

XS
SM
MD
LG