Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:45

Müxalifət lideri Meliya ‘Saakaşvili Gürcüstana qayıtsın’ deyir


Nika Meliya

Gürcüstan müxalifətinin Avropa İttifaqının köməyi ilə həbsxanadan yenicə buraxılmış lideri Nika Meliya mühacirətdə olan keçmiş prezident Mixeil Saakaşvili ilə danışacağını deyib.

Meliya mayın 12-də AzadlıqRadiosuna deyib ki, Saakaşvilinin ölkəyə qaytmasına icazə verilməlidir:

“Mən Mixeil Saakaşvili ilə açıq danışacağam. O mütləq qayıtmalıdır. Onun fəaliyyətinə icazə verilməlidir. Bu mütləq baş verməlidir”.

Əsası Saakaşvili tərəfindən qoyulmuş Vahid Milli Hərəkatın (VMH) 41 yaşlı lideri Meliya 3 ay məhkəməyəqədər həbsxanada olduqdan sonra mayın 10-da azadlığa buraxılıb.

O 2019-cu ilin antihökumət aksiyalarında “kütləvi iğtişaşlar təşkil etməkdə” ittiham olunur.

Onun saxlanması Gürcüstanda müxalifət deputatlarının parlamenti boykot etməsi ilə uzun sürən siyasi böhrana yol açmışdı.

Meliya bu ay Avropa İttifaqının köməyi ilə zaminə buraxılıb.

Saakaşvilinin qayıtmaq planı siyasi ab-havanı coşdurub

Meliya özünə qarşı ittihamları “siyasi motivli” adlandırır. Hakim Gürcü Arzusu partiyası onun bu iddiasını rədd edir.

Meliyanın həbsxanadan buraxılması, ötən ay Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Gürcüstan iqtidarı və müxalifəti arasında əldə olunmuş razılaşmanın şərtlərindən biri idi.

Saakaşvilinin özü VMH-i bu razılaşmanı imzalamağa və parlamentin boykotuna son qoymağa çağırmışdı.

Buna baxmayaraq Saakaşvilinin oktyabrda keçiriləcək bələdiyyə seçkisindən əvvəl Ukraynadan Gürcüstana gəlməyi planlaşdırdığını deməsi ölkədki siyasi ab-havanı yenidən həyəcanlandırıb.

Qərbyönlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Lakin o partiyasının bəzi liderlərinin həbsi ilə bağlı prezidentlik müddətinə vaxtından əvvəl xitam verib.

Qayıdış asan olmayacaq

2018-ci ildə Gürcüstan məhkəməsi Saakaşvilini bir gürcü bankirin qətlinə dair sübutları ört-basdır etməkdə ittiham edib. Saakaşviliyə qiyabi olaraq 3 il iş kəsilib.

Saakaşvili bütün ittihamları “siyasi motivli” adlandıraraq rədd edir.

2020-ci ilin oiktyabr seçkisi ərəfəsində VMH və “Güc Birlikdədir” adlı siyasi bloka daxil partiyalar Saakaşvilini özlərinin baş nazirliyə vahid namizədi elan etmişdilər.

O vaxt Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani demişdi ki, Saakaşvili ölkəyə qayıdacağı təqdirdə həbs olunacaq.

Gürcü Arzusu partiyasının həmin seçkidə cüzi fərqlə qələbəsi kütləvi küçə etirazlarına səbəb olub və VMH yeni seçki keçirilməsinə çağırış edib.

Meliya AzadlıqRadiosuna müsahibəsində deyib ki, Bidzina İvanişvilinin rəhbəri olduğu hakim koalisiya Mixeil Saakaşvilinin Gürcüstana gəlişinə hər vəchlə mane olacaq və hakim Gürcü Arzusu partiyasının tərəfdarları isə VMH-ə qarşı təxribatlar törədəcək.

Gürcüstan hökumətinin blokladığı nəhəng Azərbaycan layihəsi...
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

“Putin faktoru nəzərə alınmalıdır”

Meliya bundan əvvəl buraxıldığı zaminin qaydalarını pozduğuna görə ona kəsilən əlavə cəriməni ödəmədiyinə görə yenidən həbs olunmuş və bu səbəbdən yaranan böhran fevral ayında Gürcüstanın ovaxtkı baş naziri Giorgi Qaxariyanın istefası ilə nəticələnmişdi.

Qaxariya Meliyanın ölkəni ikiyə bölən həbsi barədə qərarın düzgün olmadığını bəyan etmişdi.

Meliya, ona qarşı ittiham isbat olunarsa 9 ilədək azadlıqdan məhrum edilə bilər.

Meliya Rusiya millət vəkilinin Gürcüstan parlamenti spikerinin kürsüsündə oturduğuna görə başlanan iğtişaşlara görə həbs olunanların arasında idi.

Meliya AzadlqıRadisouna deyib ki, Vahid Milli Hərəkatın parlamentə qayıtması çox məsuliyyətli qərar olacaq və buna görə də Rusiya prezidenti Vladimir Putinin “bizim geosiyasi kontekstimizdəki nəhəng nüfuzu” nəzərə alınmalıdır.

Hazırda 150 deputatı olan parlamentdə VMH-in 40 kürsüsü boş qalır.

XS
SM
MD
LG