Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 09:04

Gürcüstanda müxalifət lideri girovla azadlığa buraxılır


Nika Melia məhkəmədə
Nika Melia məhkəmədə

Gürcüstan Prokurorluğu Melia barəsində həbs qətimkan tədbirinin girovluğqla əvəzlənməsi haqda vəsatət qaldırmışdı

Tbilisi Şəhər Məhkəməsi Vahid Milli Hərəkatın lideri Nika Melianın azadlığa buraxılması haqda qərar qəbul edib. Gürcüstan Prokurorluğu Melia barəsində həbs qətimkan tədbirinin girovluqla əvəzlənməsi haqda vəsatət qaldırmışdı. Müxalifətçinin Rustavi həbsxanasından bu gün – mayın 10-da çıxacağı gözlənilir.

Meli 2019-cu ilin iyun etirazları üzrə işlə bağlı girovpulunu ödəməməyə görə fevralın 23-dən həbsdədir. Onun azadlığa buraxılması hakim “Gürcü arzusu” partiyası ilə müxalifət təmsilçilərinin aprelin 19-da imzaladığı razılaşmanın maddələrindən biri idi.

Gürcüstan hökumətinin blokladığı nəhəng Azərbaycan layihəsi...
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

40 min lari (11 min 600 dollardan artıq) məbləğində girovpulunu Avropa Demokratiya uğrunda Fond ayırıb. Bu fondu Avropa Birliyi ilə üzv ölkələr qurublar.

Bu ilin fevralında Tbilisi Şəhər Məhkəməsi Nika Melia barəsində həbs qətimkan tədbiri seçdi. O, 2019-cu il iyunun 20-də parlamentə basqınla əlaqədar girovluqda idi. Bundan sonra müxalifət liderləri onun müdafiəsi üçün rəhbərlik etdiyi partiyaya yığışdılar.

Ertəsi gün Georgi Qaxariya baş nazir postundan getdi. O, Melianın saxlanması ilə bağlı hakim partiya ilə fikir ayrılığı olduğunu bildirdi. Bundan sonra müxalifətçinin saxlanması ertəsi günədək təxirə salındı. Baş nazir postuna isə İrakli Qaribaşvili təyin olundu.

Melianın fevralın 23-də saxlanması Gürcüstan hökumətinin ünvanına mənfi bəyanatlara səbəb oldu, müxalifətlə danışıqların əsas məsələlərindən birinə çevrildi.

XS
SM
MD
LG