Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:56

Koçaryanın məhkəməsi seçkiyə görə təxirə salınmayacaq


Robert Koçaryan (ortada) 30 mart məhkəməsində
Robert Koçaryan (ortada) 30 mart məhkəməsində

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun mayın 11-də xəbər verib ki, keçmiş prezident Robert Koçaryanın və keçmiş baş nazir müavini Armen Gevorkyanın rüşvətxorluq işi ilə bağlı məhkəmə dinləməsi başqa vaxta keçirilib.

Məhkəmə dinləməsində yalnız bir müttəhim, 2008-ci ildə prezident aparatının rəhbəri olmuş Armen Qriqoryan iştirak edirdi.

Onun vəkili Erik Aleksanyan deyib ki, Gevorkyanın səhhətində problemlər var, bir ayadək stasionar nəzarətdə olmalıdır və bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməyəcək.

Vəkil növbəti dinləmənin mayın 25-dən tez olmayaraq keçirilməsi barədə vəsatət verib.

Robert Koçaryanın vəkli Aram Vardevanyan növbəti məhkəmə dinləməsinin 20 iyun parlament seçkisindən sonra keçirilməsini təklif edib.

Koçaryan qarşıdan gələn seçkidə iştirak edəcək.

Vəkil hakimlərə deyib ki, “siz dinləməni 19 iyuna da təyin edə bilərsiniz, çünki həmin gün hər hansı seçki təbliğatı qadağan olunur”.

Koçaryanla daşnaqların birləşməsi nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

Hakim vəsatəti rədd edir

Buna baxmayaraq hakim Anna Danibekyan vəkilin təklifini rədd edib:

“Vardevanyan Robert Koçaryanın seçkidə iştirakının məhkəmə iclaslarının normal gedişatına mane ola biləcəyi barədə tutarlı dəlillər gətirə bilmədi”.

Xanım Danibekyan Koçaryanın işi üzrə növbəti məhkəmə dinləməsini mayın 25-ə təyin edib.

Azatutyun yazır ki, başqa bir məhkəmə ikinci prezident və onunla birlikdə mühakimə olunan üç nəfər barəsində cinayət ittihamına xitam verib.

Həmin məhkəmədə Koçaryan dövlət çevrilişində ittiham olunurdu.

Bundan əvvəl Konstitusiya Məhkəməsi bu şəxslıərin mühakimə olunduğu Cinayət Məcəlləsi maddəsini ləğv etmişdi.

Lakin Baş Prokurorluq da öz növbəsində Konstitusiya Məhkəməsinə müraciət edib.

Baş prokuror bildirib ki, Konstitusiya Məhkəməsinin qərarından sonra Koçaryan və başqaları barəsində “1 mart işi” üzrə cinayət araşdırması bərpa olunacaq.

Hazırkı məhkəmədə Koçaryanın rüşvət ittihamı əsasında işinə baxılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG