Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:05

Baş prokuror: Koçaryanın üzərindən cinayət məsuliyyəti qaldırılmayıb


Ermənistan Respublikasının baş prokururu Artur Davtyan
Ermənistan Respublikasının baş prokururu Artur Davtyan

“1 mart” işi bağlanmayıb və Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun tabeçiliyində olmuş daha üç nəfərin əməli Cinayət Məcəlləsinin 309-cu maddəsi (vəzifə səlahiyyətlərini aşma) tövsif olunur.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu bəyanatı Ermənistan Respublikasının baş prokururu Artur Davtyan mayın 7-də müstəqil deputatlar Sofiya OvsepyanArman Babacanyanın suallarını cavablandırarkən verib.

Deputat Babacanyan Baş Prokurorluğu “1 mart” işinin “dalana girməsində” günahlandırır.

Millət vəkili əlavə edib ki, bu məsələdə Konstitusiya Məhkəməsinin də “günah payı” var.

Konstitusiya Məhkəməsi martın 26-da Ermənistan CM-nin 300.1 maddəsinin Konstitusiyaya zidd olduğu barədə qərar qəbul edib.

Koçaryan və onunla mühaklimə olunan rəsmilərə qarşı məhz bu maddə üzrə cinayət işi qaldılmışdı.

Cinayət varsa, maddə tapılar

Konstitusiya Məhkəməsi həmin maddəni ləğv etdikdən sonra vəkilləri bəyan etmişdilər ki, Koçaryana qarşı cinayət işinə xitam verilməlidir, çünki həmin ittiham maddəsi artıq mövcud deyil.

Elə bu əsasla da işə baxan hakim Anna Danibekyan Koçaryanı və yoldaşlarını cinayət məsuliyyətindən azad edən hökm vermişdi.

Beləliklə 2 il yarım davam edən cinayət təqibindən sonra sözü gedən şəxslərə qarşı ittihama xitam verilmişdi.

Bundan əvvəl Azatutyunun sorğusuna cavab verən Xüsusi İstintaq Xidməti bildirmişdi ki, “1 mart” işi üzrə keçən fiqurantlardan biri – keçmiş müdafiə naziri Mikael Arutyunyan barəsində maddə dəyişdirilib.

Hazırda Arututyana qarşı 309-cu maddə ilə cinayət işi açılıb.

Baş Prokurorluq izah etmişdi ki, CM-də müvafiq maddənin olmaması hələ cinayətin törədilmədiyi anlamına gəlmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG