Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:19

Ermənistanda 20 iyun seçki günü kimi təsdiqləndi (Video)


Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan mayın 10-da keçirilən xüsusi sessiyada çıxış edib
Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan mayın 10-da keçirilən xüsusi sessiyada çıxış edib

Ermənistanda parlament seçkisi iyunun 20-də olacaq.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, ölkə prezidenti Armen Sarkisyan Milli Məclisin buraxılmasına və yeni parlament seçkisi keçirilməsinə dair fərmanı imzalyıb.

Azatutyun xatırladır ki, mayın 10-da Milli Məclis iki həftə ərzində ikinci dəfə Nikol Paşinyanı baş nazir seçməyib.

Beləliklə, Ermənistan Konstitusiyasına və parlament çoxluğu ilə iki müxalifət fraksiyası arasında əldə olunmuş razılaşmaya görə 7-ci çağırış Milli Məclisi qanunla buraxılıb.

Lakin Azatutyun bildirir ki, buna baxmayaraq indiki parlament yeni parlament seçilənədək fəaliyyətdə olacaq.

Nikol Paşinyan aprelin 25-də müxalifət partiyaları ilə əldə olunmuş razılaşmaya əsasən vəzifəsindən istefa verib.

1 deputat leyhinə, biri əleyhinə

Bu razılaşmaya görə millət vəkilləri iki həftə ərzində Paşinyanın baş nazirliyə namizədliyini iki dəfə rədd etməli idilər.

Yalnız bu halda ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi mümkün ola bilərdi.

Milli Məclis bundan əvvəl, mayın 3-də Paşinyanın namizədliyini birinci dəfə rədd etmişdi.

Mayın 10-da keçirilən ikinci səsvermədə hakim “Mənim addımım” fraksiyasının çoxluğu bitərəf qalıb.

Paşinyanın namizədliyinin leyhinə 1 və əleyhinə də 1 deputat səs verib.

Koçaryanla daşnaqların birləşməsi nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

Paşinyan: Ermənistanda bircə güllə də atılmayıb”

Azatutyun yazır ki, baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan mayın 10-da keçirilən xüsusi sessiyada da çıxış edib.

O bir daha ölkədə 44 günlük müharibədən sonra yaranmış vəziyyətdən söhbət açıb:

“Bəli bizim üstümüzə çoxlu təhqir və lənət yağdırıldı, amma bugün nəyimiz varsa, o var. Bu, müharibə sonrası böhranı idarə etməyin mühüm nümunəsidir. Bu fəlakətdən sonra Ermənistan Respublikasında bircə güllə də atılmayıb. Baş düşürsünüzmü ki, söhbət nədən gedir? Belə bir şey bütün sahələrdə iflasa uğramış hökumətin zamanında ola bilərdimi?”

Paşinyan bildirib ki, onun hökuməti ölkədəki iqtisadi sabitliyi də qoruyub saxlaya bilib:

“Bir ildir ki, Ermənistanda aclıq olacağını, maliyyə-iqtisadi sistemin iflasa uğrayacağını, iqtisadi uçqun baş verəcəyini proqnozlaşdırırdılar. Amma heç kim özünə sual vermir ki, bütün sahələrdə iflasa uğramış hökumət bu şəraitdə ölkədəki makroiqtisadi sabitliyi saxlaya bilərdimi?”

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil), ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG