Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

Fransada vətəndaş müharibəsi ilə hədələyən daha bir məktub açıqlanıb


Parisdə İslam ekstremizminə qarşı etiraz aksiyalarından biri
Parisdə İslam ekstremizminə qarşı etiraz aksiyalarından biri

Fransada peşəkar hərbçilərin vətəndaş müharibəsi təhlükəsi barədə ikinci açıq məktubunu artıq 145 min nəfər imzalayıb.

Mayın 9-da mühafizəkar Valeurs Actuelle həftəliyində dərc olunmuş məktubun müəllifləri hökuməti “islamçılığa güzəştlərə getməkdə” ittiham edirlər və bildirirlər ki, bu, Fransa dövlətinin varlığı üçün böyük təhlükədir.

Bu məktubu şərh edən daxili işlər naziri Jerard Dermanen müraciəti “kobud manevr” adlandırıb.

Nazir bu məktubu hazırlayanların anonim qalmasını onlarda “cəsarətin çatışmaması” ilə izah edib.

Bundan əvvəl Fransa hökuməti bir qrup ordu zabiti və 20-dək təqaüddə olan general tərəfindən imzalanmış buna bənzər açıq məktubu tənqid etmişdi.

Hökumət rəsmiləri həmin məktubu hərbçilərin siyasətə yolverilməz müdaxiləsi adlandırmışdılar.

Ordunun yüksək komandanlığı isə bildirmişdi ki, məktubu tərtib edənlərin cəzalandırılması istisna olunmur.

Marselyezanın 8-ci bəndi

Lakin mayın 5-də açıqlanmış ikinci məktubda imzalar yoxdur. Məktub müəllifləri özlərini hazırda xidmətdə, o cümlədən Əfqanıstan və Afrika ölkələrində hərbi xidmətdə olan gənc nəsil hərbçiləri adlandırırlar.

Onlar habelə qeyd edirlər ki, 2015-ci ildə Fransa ərazisində silsilə terror aktları zamanı antiterror əməliyyatlarında iştirak ediblər.

Məktbu şərh edən politoloqlar onu qarşıdan gələn 2022-ci il seçkisi ilə əlaqələndirirlər.

Bu seçkidə hazırkı prezident Emmanuel Makronun əsas rəqibinin ifrat sağçı və millətçi Mari Le Penin olacağı gözlənilir.

Şərhçilər diqqəti məktubun məhz ifrat sağ təmayüllə nəşrdə çap olunmasına çəkirlər.

Məktubda habelə Fransanın himni sayılan Marselyezanın səkkizinci bəndinə işarə olunur. Bu bənddə söhbət qocalardan “qisas” alınmasınadan və ya onların “tabuta” qoyulmasından gedir.

Antimüsəlman məktub

Birinci məktub aprelin 21-də general Şarl de Qola qarşı uğursuz çevriliş cəhdinin 60-cı ildönümündə dərc edilmişdi. O vaxt de Qol Əlcəzairin müstəqilliyinə razılıq verməklə mühafizəkarları qəzəbləndirmişdi.

The Guardian yazır ki, həmin məktubun müəllifləri Fransanın “banliyodan” olan “islamçşı ekstremist sürüsünün” əlində “dağılacağı” barədə xəbərdarlıq edirdilər.

Paris ətrafında əsasən yoxsul müsəlman əhalinin yaşadığı bölgələr “banliyo” adlandırılır.

Onlar habelə antiirqçilik qruplarını “icmalar arasında düşmənçilik yaratmaqda” ittiham edirdilər.

İfrat sağçı Marin le Pen məktub müəlliflərinə dəstək bildirib.

Daxili işlər naziri Jerard Dermanin Le Peni atası kimi yürüş edən çəkmələrin səsindən xoşlanmaqda günahlandırıb.

Belə görünür ki, müəllifi eyni olan ikinci məktubda isə Fransada “vətəndaş müharibəsinin yetişməkdə olduğu” barədə xəbərdarlıq edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG