Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:31

HRW-dan İstanbul Konvensiyası xəbərdarlığı


Bakıda qadın fəalların etiraz aksyası, 8 mart, 2021-ci il
Bakıda qadın fəalların etiraz aksyası, 8 mart, 2021-ci il

HRW xəbərdarlıq edir ki, koronavirus pandemiyasından dolayı lokdaunlar dövründə “məişət zorakılığına dair məlumatların artmasına” baxmayaraq, bəzi ölkələr sazişdən çıxıb, digərləri onun ratifikasiyasından imtina edib

Avropa Şurasının üzləri qadın hüquqları üzrə regional sazişi sürətlə ratifikasiya edərək həyata keçirməklə qadınlara qarşı zorakılıqla mübarizə cəhdlərini gücləndirməlidirlər. Belə bir bəyanatla Human Rights Watch (HRW) insan haqları təşkilatı çıxış edib. Qurum sazişin bir sıra ölkələrdə “görünməmiş mənfi reaksiya” ilə üzləşdiyini bildirir.

İmzalayıb ratifikasiya etməyənlər

HRW bəyanatı mayın 10-da – Avropa Şurasının Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və ona qarşı Mübarizə haqqında Konvensiyasının 10-cu ildönümü ərəfəsində yayıb. Bu saziş İstanbul Konvensiyası kimi tanınır.

2014-cü ildə qüvvəyə minəndən konvensiya 47 üzv ölkədən 33-də ratifikasiya olunub.

Ukrayna 2011-ci ildə konvensiyanı imzalasa da onu ratifikasiya etməyib. Daha 11 ölkə sənədi ratifikasiya etməyənlər sırasındadır.

Azərbaycan və Rusiya isə sazişə heç imza atmayıblar.

HRW xəbərdarlıq edir ki, koronavirus pandemiyasından dolayı lokdaunlar dövründə “məişət zorakılığına dair məlumatların artmasına” baxmayaraq, bəzi ölkələr sazişdən çıxıb, digərləri onun ratifikasiyasından imtina edib.


Azərbaycan seksual zorakılığa qarşı sənədi niyə təsdiqləmir?
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

“Belə bir həlledici məqamda...”

Nyu Yorkda yerləşən qurumun qadın hüquqları üzrə aparıcı tədqiqatçısı Hillari Marqolis deyib ki, Covid-19 pandemiyası qadınlara qarşı zorakılığın ən davamlı hüquq pozuntularından olduğunu üzə çıxarıb.

“Belə bir həlledici məqamda Avropa Şurası üzvləri İstanbul Konvensiyasına sadiq qalaraq onu gerçəkləşdirməklə bütün qadınların və qızların təhlükəsizliyi və rifahına ciddi önəm verdiyini göstərməlidir”, – o deyib.

Bəyanatda deyilir ki, saziş çox vaxt yerli qanunvericilikdə əks olunmayan zorakılıq formalarına qarşı qoruma təmin edir. Buraya cinsi qısnama, məcburi evlilik daxildir. Sənəd yaşından, etnik mənsubiyyətindən, cinsi oriyentasiyasından, əlillik, yaxud immiqrasiya statusundan asılı olmayaraq zorakılığın bütün qurbanları üçün mühafizə tələb edir.

Türkiyə bu ilin əvvəlində konvensiyanı tərk edib. HRW bunu “ölkədə qadın hüquqları sahəsində geriləmə” adlandırır, “regionda təhlükəli risklərə yol açdığını” bildirir.

Azərbaycanın rəsmi orqanları isə bir müddət öncə bildirirdilər ki, İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi hökumətə təqdim olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG