Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 12:49

‘Astara şəhərinin ən böyük problemi...’


Azerbaijan, Astara, Residents of Astara complain about the lack of gas
Azerbaijan, Astara, Residents of Astara complain about the lack of gas

İranla sərhəddə yerləşən və 20 minə yaxın əhalisi olan Astara şəhərində qazlaşdırma tam başa çatmayıb. Şəhərin mavi yancaqsız qalan ərazilərinin birindəyik. Sakinlərin deməsinə görə, ətrafda olan fərdi yaşayış evlərində təbbi qaz var, onlarda isə yoxdur. Şikayətçilərdən biri Mahir Qafarov deyir ki, 20 ildir bu ərazidə yaşayır. Onun deməsinə görə, əraziyə su, elektrik çəkilib:

“Odun sobasından istifadə edirik”

Mahir Qafarov
Mahir Qafarov

“Təbii qaz yoxdur. Odun sobasından istifadə edirik. Dəfələrlə Rayon İcra Hakimiyyəti Aparatına müraciət etmişik.Hər dəfə söz verirlər ki, təbii qaz olacaq. Burda 3 binadır, bu bunlarda 24 ailə yaşayır, əsasən gənc ailələrdir. Hər bir ailədə 3-4 uşaq var. Bu binalar əvvəllər peşə məktəbinə məxsus olub. Peşə məktəbi ləğv olundu. Onun inzibati binası və yataqxanalarını evsiz adamlara verdilər. Əvvəllər binalarda təbii qaz olub.Sonra bəhanə gətirdilər ki, binalar yararsızdır...”


Bizi mənzilinə dəvət edir. Otaqda odun sobası qoyulub. O deyir ki, sobanı soyuqda gündə azı 3 dəfə qalamlı olurlar:

“Bir qışı keçirtmək üçün 400 manat oduna pul veririk”

M. Qafarov
M. Qafarov

“İndi havalar mülayimdir. Sobanı indi ancaq yemək bişirmək üçün qalayırıq. Amma qışda əziyyət çəkirik. Bir qışı keçirtmək üçün 400 manat oduna pul veririk. Bu kasıb ailələr üçün böyük məbləğdir. İş də yox. Bu binalarda kasıb ailələr yaşayır, günəmuzd işləyən fəhlələrdir.”

Mahir Qafarovun qonşusu Zahid Məmmədov yaxınlıqdan keçən qaz xəttini göstərək deyir ki, orada təbii qaz var:

“20 ildir ki, bu məsafəni başa vura bilmirlər”

“Xəttlə bina arasında 10-12 metr məsafə var.20 ildir ki, bu məsafəni başa vura bilmirlər. Binaları təmir ediblər. Yararsızlıq yoxdur. Görürsünüz, həyət hamsı uşaqlardır. Gələcəyin əsgərləridir. İndi hansı dövürdür? Qaz ixrac edən ölkəyik. Astara şəhəri Azərbaycanın cənub qapısıdır, bu ərazidə qaz yoxdur.”

Qorxmaz Hüseynovun su çəkmədiyi kənd...
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Onun sözlərinə görə, odun tədarük etmək də asan deyil:

“İş ondadır ki, oduna da icazə vermirlər. Meşələr tükənib. Məcburuq elektirik enerjisindən istifadə edək. O da baha başa gəlir. Astara-Şahağacı yolu yaxın məsafədədir. Rayonun rəhbərləri oradan keçirlər. Bizim problemlərimizi həll etmirlər.Buna da prezident göstəriş verməlidir? Bura ucqar kənd deyil, deyək ki, çətindir.”

Digər sakin Müşviq Vəliyev isə qeyd edir ki,bu massivdə yaşayanları yaddan çıxardıblar:

“İnternet yoxdur”

Müşfiq Vəliyev
Müşfiq Vəliyev

“Bu binalar ötən əsrin 70-ci illərində inşa edilib. Odun mümkün deyil.Qoymurlar.Belə şəraitdə sağlam uşaq böyütmək çətindir. Bir bu problem deyil.Astara şəhərinin ərazisidir. Mərkəzlə bizim aramızda 6-7 kilometrə yaxın məsafə var.Bura avtobus işləmir.Mərkəzə getmək üçün əhali taksilərdən istifadə edir.İnternet yoxdur.Uşaqlar onlayın ( Azərbaycanda koronavirus pandemiyası ilə bağlı bir müddət dərslər onlayn keçirilib.Bakı və bəzi iri şəhərlərdə hələdə dərslər onlayn keçirilir) dərs keçə bilmirlər...”

O, deyir ki, pandemiya dövründə ailə saxlamaq çətinləşib:

“Qazancım çörəyə güclə çatır. Qaz vermirlər, heç olmasa odun versinlər,dövlət qiymətinə.Qışda odunun qiyməti qalxır, almaq olmur.”

Təzə qaydalardan xəbəriniz olmasa, gömrükdə başınıza bu gələ bilər
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00


Astara şəhər sakini, içtimai fəal Asən Həşimli isə deyir ki, şəhərin problemləri təkcə bunlar deyil:

“Çirkab suları binaların zizəmilərinə axır”

Asən Həşimli, arxiv foto
Asən Həşimli, arxiv foto

“Bu dəqiqə Astara şəhərin ən böyük problemi kanalizasiyanın olmamsıdır.Sovet dövründə o sahədə işləmişəm, mühəndisəm.Kanalizasiya xəttləri var idi.Xəzər dənizinin sahilində 2 çirkab suları təmizləyən qurğu fəaliyyət göstərirdi.O xəttlər dağılıb.Çirkab suları binaların zizəmilərinə axır.Fikirləşmirlər ki,çirkab suları hara gedir?Yeni tikilmiş yaşayış binalarına təbbi qazın çəklişi də problemdir. Şəhərdə qazsız evlər çoxdur. ”

Rəis: “ Layihələşdirlib...”

Rəsimilər isə deyirlər ki, problemlər həll olunacaq. Astara rayon Qaz İstismar sahəsinin rəisi Füzuli Məmmədov bildirir ki, həmin binalara qazın çəkilməsi dövlət proqramında nəzərdə tutulub:

“Astara şəhərin iki massivində qaz çəkilməyən yaşayış evləri var.Sakinlər icra hakimiyyətində də olublar.Onlara bu barədə məlumat verildi.Qazlaşma hər yerdə dayanıb,bu təkcə bizm rayonla bağlı deyil.Yəqin may ayında bir qərarə gələcəklər.”
Onun qeyd etməsinə görə, əslində həmin əraziyə qaz 2020-ci ildə çəkilməli idi:
“Pandemeyə oldu, müharibə başladı (44 günlük İkinci Qarabağ müharibəsi) ,bu iş arxa plana keçdi.Layihələşdirlib. Bunun həyatə keçirtmək üçün büdcədən vəsaitin ayrılması qalıb.Astara rayonun Deqədi və ona yaxın kəndlərin qazalşdırlması layihiyəsi də hazırdır.Maliyyə gərək ayrıla.Orada 100 metr xəttdir, 3 binaya çəkiləcək.Dövlət vəsaiti hesabına çəkiləcəgsə, bütün xəttlər çəkilər.”

Koronavirusla mübarizə aparan tibb işçilərinin növbəti etirazı - onlara vəd edilən əmək haqqı niyə verilmir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00


İcra Hakimiyyətindən cavab

Astara Rayon İcra Hakimiyyəti Aparatından də bildiriblər ki,sakinlərin qaldırdıqları bütün problemləri həll edəcəklər:

“Ola bilməz ki, orada internet olmasın.Var, ancaq zəifdir.Avtobusların oraya işləməsi ilə bağlı məsələni həll edəcəyik.”

XS
SM
MD
LG