Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Putini 'qovmaq istəyən' şaman öldürülə bilərmiş


Şaman Aleksandr Qabışev

Prezident Vladimir Putini Kremldən qovacağını deyən şamanın Rusiyanın Yakutsk şəhərində keçirilən məhkəməsində Rusiya Milli Qvardiyasının Aleksandr Qabışevin həbs edilməsi üçün onun evinə keçirilən reyddə iştirak etmiş taqım komandiri deyib ki, əməliyyatdan əvvəl şamanın öldürülməsi variantı müzakirə olunub.

Bu barədə AzadlıqRadiosuna adlarının çəkilməməsi şərti ilə iki mənbə məlumat verib.

Dinləməyə ittiham tərəfinin şahidi qismində dəvət olunmuş qvardiyaçı bildirib ki, onlar Qabışevin “istedadlı və ictimai adam” olduğunu bildikləri üçün bu fikirdən vaz keçiblər.

Aleksandr Qabışevin məhkəməsi aprelin 30-da başlanıb.

Qapalı keçirilən bu məhkəmədə şamanın məcburi müalicə üçün bağlı rejimli psixiatrik xəstəxanaya yerləşdirilməsi məsələsi həll olunur.

Mayın 7 polislər şəhər məhkəməsinin qarşısında Qabışevə dəstək vermək üçün gələn fəal Xonqor Anayevi saxlayıblar.

İttiham tərəfinin şahidlərinin ifadə verəcəkləri növbəti iclaslar mayın 12-də və 19-da keçiriləcək.

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilmişdi.

Eyni zamanda Qabışevi ekstremist fəaliyyətə çağırışda ittiham edirdilər. Daha sonra ondan yazılı iltizam alaraq sərbəst buraxmışdılar.

Şaman 2020-ci ilin yanvarında Moskvaya yeni yürüş elan etmişdi. O bu yürüşü ötən iyunda başlamaq niyyətində idi.

Lakin polis Qabışevi mayın 12-də bir daha saxlamışdı. O yenidən ruhi xəstəxanaya yerləşdirilsə də iyulun 22-də oradan buraxılmışdı.

XS
SM
MD
LG