Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:59

‘Putini qovmaq istəyən’ şaman ömürlük ruhi xəstəxanada qala bilər


Moskvaya yürüş
Moskvaya yürüş

Rusiyanın Yakutiya regionunun məhkəməsində aprelin 30-da başlamış dinləmə Putini Kremldən qovmaq istədiyini deyən məşhur şamanın qapalı psixiatrik müəssisədə məcburi müalicəsi barədə qərar qəbul edə bilər.

Şaman Aleksandr Qabışev bundan əvvəl dəfələrlə Moskvaya piyada yürüşə başlasa da, qarşısı hakimiyyət orqanları tərəfindən alınıb.

Şaman bəyan edirdi ki, Putin “şər qüvvədir” və buna görə də hakimiyyətdən qovulmalıdır.

Qabışevin bacısı Kaylana Zaxarova AzadlıqRadiosuna deyib ki, qapalı dinləmə aprelin 30-da başlanıb.

Şamanın vəkili Olqa Timofeyeva isə bildirib ki, proses bir neçə gün davam edə bilər.

Vəkilin sözlərinə görə, dövlətin təyin etdiyi ekspertlər məhkəməyə deyiblər ki, Qabışev cəmiyyət üçün “böyük təhlükə” təşklil edir və buna görə də “ixtisaslaşmış xəstəxanada daimi nəzarət altında məcburi müalicəyə ehtiyacı var”.

Şamanın 20-dək tərəfdarl Yakutiya məhkəməsinin qarşısına toplaşmışsalar da zala buraxılmayıblar.

Naməlum iynələr

Ötən mart ayında məhkəmə Qabışevin “ruhi xəstə” olduğu barədə hökm vermişdi. Hökmdə deyilirdi ki, şaman psixiatrik xəstəxaya göndərilməlidir.

Qabışevin vəkilləri və tərəfdarları bu hökmdən şikayət edir və bildirirdilər ki, hakimiyyətin məqsədi fərqli düşüncənin susdurulmasıdır.

Fevral ayında Qabışev barəsində “polisə qarşı zorakılıq” maddəsi ilə cinayət işi açılmışdı.

Bu da bildirilirdi ki, o zorla psixiatrik xəstəxanaya aparılarkən polisə müqavimət göstərib.

Polis o vaxt bildirmişdi ki, Qabışevlə hüquq-mühafizə orqanları arasında insident yanvarın 27-də baş verib.

Bundan üç həftə əvvəl şaman “Putini Kremldən qovmaq üçün” Moskvaya yürüşə hazırlaşdığını elan etmişdi.

Qabışevin bacısı AzadlıqRadiosuna deyib ki, qardaşının səhhəti son dərəcə pisləşib və bu ehtimal ki, ona klinikada olduğu müddətdə vurulmuş naməlum iynələrlə bağlıdır.

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilmişdi.

Eyni zamanda Qabışevi ekstremist fəaliyyətə çağırışda ittiham edirdilər. Daha sonra ondan yazılı iltizam alaraq sərbəst buraxmışdılar.

Şaman 2020-ci ilin yanvarında Moskvaya yeni yürüş elan etmişdi. O bu yürüşü ötən iyunda başlamaq niyyətində idi.

Lakin polis Qabışevi mayın 12-də bir daha saxlamışdı. O yenidən ruhi xəstəxanaya yerləşdirilsə də iyulun 22-də oradan buraxılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG