Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 16:13

Təcili Tibbi Yardım işçiləri tətil edib


Təcili Tibbi Yardım

Mayın 6-sı axşam saatlarında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayonundakı stansiyalarının birində (Biləcəri) işçilər təqribən 1 saat tətil ediblər. Onlar son bir neçə ay ərzində koronavirus pandemiyasi ilə bağlı əmək haqlarına edilməli olan əlavəni ala bilmədiklərindən şikayətləniblər.

Amma rəhbərliklə görüşdən sonra tətilin az vaxta başa çatdığı bildirilir.

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən də "Turan"a mayın 7-də deyiblər ki, tibbi personal işinə davam edir.

Qurumdan qeyd edildiyinə görə, fevral ayına aid əlavələr Maliyyə Nazirliyindən yalnız may ayının əvvəlində ayrılıb, buna görə gecikmələr yaranıb.

Məsələyə, hələlik, Maliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Nazirlər Kabineti "Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Qərarı 2020-ci il marın 25-də verib.

Qərara əsasən, əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib: "1.1. Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində. 1.2. Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin...- aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində. 1.3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində".

XS
SM
MD
LG