Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:47

Avro-2020-nin kuboku Bakıda


"Anri Delone" Kuboku Bakıda

İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa çempionatının əsas mükafatı olan "Anri Delone" Kuboku səyahətə çıxıb və Budapeştdən sonra ikinci dayanacağı Bakı şəhəridir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) məlumatına görə, kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub.

Kubok turu davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq.

Kubok turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.

AZƏRTAC-ın xəbərinə görə, mayın 7-dən 9-dək Bakıda nümayiş olunan Avropa çempionatı kuboku prezident İlham Əliyevə təqdim edilib.

Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. "A" qrupunun üç oyunu və 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu çempionat, adından da göründüyü kimi, 2020-ci ildə gerçəkləşməliydi. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Çempionat iyunun 11-dən iyulun 12-nə kimi davam edəcək. "Anri Delone" Kuboku uğrunda mübarizəyə 24 komanda qoşulacaq.

XS
SM
MD
LG