Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 15:03

Əfqanıstanda döyüşlər qızışır


ABŞ əsgəri Dahla bəndi yaxınlığında, 2012-ci il

Taliban döyüşçüləri Əfqanıstanda ikinci böyük bəndi və ordunun iki bazasını tutublar. ABŞ və beynəlxalq qüvvələrin ölkədən çıxarıldığı bir məqamda döyüşlər qızışır.

Dahla bəndi Qəndəhar vilayətinin cənubunda, vilayət mərkəzi Qəndəhardan 40 km şimalda yerləşir. Bu bənddən kanal şəbəkələri ilə fermer sahələrinin suvarılması, eləcə də içməli su təchizatı üçün istifadə olunur.

Talibanın sözçüsü bəndin artıq qruplaşmanın nəzarətində olduğunu bildirib. Bunu rəsmilər də təsdiqləyib.

Dahla 70 il öncə amerikalı mühəndislər tərəfindən tikilib.

Qonşu Helmand vilayətində də ağır döyüşlər gedir. Minlərlə insanın Talibanın hücumuna görə evlərini tərk etdiyi xəbər verilir.

Bir neçə gün öncə Əfqanıstandakı amerikalı əsgərlərin rəsmən çıxarılmasına başlanıb. Ancaq buna baxmayaraq ABŞ qırıcıları Əfqanıstan qüvvələrini havadan dəstəkləyir.

Prezident Co Bayden sentyabrın 11-dək əsgərləri Əfqanıstandan çıxarmağı vəd edib.

XS
SM
MD
LG