Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:50

Prezidentdən təyinatlar var…


İ.Əliyev

Orxan Nəzərli Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Bununla bağlı mayın 6-da prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə O.Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Orxan Nəzirli kimdir

O.Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində doğulub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb.

2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb.

Daha sonra, 2018-ci ildə vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

2020-ci il mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə gətirilib. Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.

2019-cu ilin oktyabrında prezidentin sərəncamları ilə Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib ( Nazirlik və Komitə xidmətlərə çevrilib).

Əmlak Məsələləri Dövlət Xidməti

Prezidentin mayın 6-da imzaladığı daha bir sərəncam ilə Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

Mətin Eynullayev kimdir

M.Eynullayev 1975-ci il martın 22-də Bakı şəhərində doğulub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.

Daha sonra təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə keçirilib.

M.Eynullayev bu təyinatadək Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisinin səlahiyyətlərini icra edirdi.

Hazırda iqtisadiyyat naziri (bu xidmətlər bu nazirliyə daxildir) olan Mikayıl Cabbarov da əvvəlcə vergilər və təhsil nazirləri postunda olub.

XS
SM
MD
LG