Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 14:57

Xəbərdarlıq verilən müavin işdən çıxarılıb 


Koronavirusa qarşı peyvənd: Saxta arayış vətəndaşa niyə lazımdır?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Koronavirusa qarşı peyvənd: Saxta arayış vətəndaşa niyə lazımdır?

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Səbail Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumatda X. Bayramovanın işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi qeyd edilir.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Baş Prokurorluq Səbail rayon İcra Hakimiyyətinin (İH) başçısının birinci müavini Xalidə Bayramovaya xəbərdarlıq verib.

Bu barədə Baş Prokurorluq mayın 4-də məlumat yayıb.

Bildirildiyinə görə, onunla bağlı daxil olan məlumat əsasında Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb: "...Xalidə Bayramova vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib".

Məlumata görə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanununun tələblərinin pozulması səbəbindən X.Bayramovanın intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Səbail rayon İcra Hakimiyyətinə təqdimat verilib.

Bu açıqlamaya, hələlik, X.Bayramova və Səbail rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Baş Prokurorluğun bundan əvvəl yaydığı məlumatlara görə də, koronavirusa qarşı vaksinasiya ilə bağlı saxta tibbi sənədin verilməsi şübhəsi ilə həm tibb işçilərindən, həm də ayrı-ayrı şəxslərdən məsuliyyətə alınanlar var.

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Əsasən Çinin "Sinovac" şirkətinə məxsus vaksinlərdən istifadə edilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 322 min 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 597 nəfərin vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG