Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:25

'Bayram Məmmədov Azərbaycana gedəcəyini demişdi, niyə intihar etsin?..'


'Mənim etirazım prezidentədir'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

'Mənim etirazım prezidentədir' (2016)

"Bayram Məmmədov mayın 4-də Azərbaycana qayıtmaq niyyətində idi". Bunu AzadlıqRadiosuna hazırda Türkiyədə olan siyasi fəal Elgiz Qəhrəman deyib. Onun vurğulamasına görə, B.Məmmədovla sonuncu dəfə aprelin 29-da görüşüblər, daha sonra isə aralarında yazışma olub: "Türkiyədə koronavirus pandemiyası ilə bağlı qapanmadır. Mayın 2-si və 3-ü Bayramla danışmamışam. 4-də onun telefonuna zəng çatmadı. Narahat oldum, gördüm ki, axırıncı dəfə mayın 2-də onlayn olub. Evinə getdim, evdə yox idi".

E.Qəhrəmanın sözlərinə görə, bundan sonra polisə müraciət ediblər: "Öyrəndik ki, mayın 2-də, günorta saatlarında Kadiköy tərəfdə belə hadisə baş verib. Oradakı sahil, əslində, dərin deyil".

"Üstündə kimliyi olmayıb"

E.Qəhrəmanın deməsinə görə, polis ondan ifadə alarkən intihar versiyasini da soruşub, amma intihardan tam əmin deyillər: "İndi araşdırma aparırlar. Mənə cəsədin şəkilini göstərdilər, tanıdım. Üstündə kimliyi olmayıb".

E.Qəhrəman deyir ki, meyit mayın 2-də tapılıb və deyilənə görə, şahid də var. Amma gənc fəal əlavə edib ki, Bayramın birinci dərəcəli yaxınları olmadığından polis şahidin ifadəsi ilə bağlı onlara açıqlama verməyib.

E.Qəhrəman özü hadisənin intihar olmasina şübhə edir: "Azərbaycana gedəcəyini bildirmişdi, niyə intihar etsin?..".

'Heykəl məhbusu' Bayram Məmmədovun ölüm xəbəri yayılıb

Siyasi fəal Bayram Məmmədovun Türkiyədə vəfat etdiyinə dair məlumat yayılıb.

Bu barədə onun dostları sosial şəbəkələrdə yazıblar: "Keçmiş siyasi məhbus, dostumuz Bayram Məmmədov İstanbulda həyatını itirib. İki gün idi Türkiyədəki dostlar ondan xəbər ala bilmirdilər, dünən (mayın 4-də) axtarışa verilmişdi. Axşam saatlarında polis bildirib ki, dənizdə ölü tapılıb...".

Verilən məlumata görə, indi Türkiyədə məsələnin təfərrüatını öyrənməyə çalışırlar: "İntihardır, yoxsa qəsd? İndidən cavabsız suallar, müəmmalı məsələlər var. Buna ən dəqiq cavabı Türkiyədəki istintaq verəcək. Onun necə aparılması məsələni sübut edəcək. Artıq məsələ ilə bağlı vəkillər tutulub", - gənc fəalın yaxınları vurğulayıblar.

Gənc fəalın ailəsindən də eyni məlumatı aldıqlarını təsdiqləyiblər.

Amma hələlik, Türkiyənin rəsmi qurumlarından bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Bayram Məmmədov başqa bir gənc fəal Qiyas İbrahimovla 2016-cı ildə narkotikdə ittiham edilərək 10 il həbs cəzası almışdılar. Onlar ittihamı qurama sayırdılar. Gənc fəalın dostları onların məhz keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs edildiyini söyləyirdilər. Onlar prezident İlham Əliyevin 2019 il martın 16-da verdiyi əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Gənc fəallar həbsdə olarkən "Heykəl məhbusları" adlandırılır və siyasi məhbus sayılıblar. Lakin rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Siyasi məhbus siyahısında yer alan şəxslərin məhz törətdikləri əmələ görə məsuliyyətə alındığını deyirdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG