Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:12

Çində koronavirusdan yazanları niyə həbs edirlər?


Şanxayda Jurnalist Jan Janqın məhkəməsi gedən binanın qarşısında

Çində koronavirus pandemiyası və milli azlıqlardan yazanlar böyük təhlükələrlə üzləşirlər.

“Amerikanın səsi” yazır ki, PEN America insan haqları qrupunun son hesabatına görə belələri 2020-ci ildə həbsxanada olan 273 yazıçı və jurnalistin az qala üçdə birini təşkil edirlər.

PEN Amerikanın yeni hesabatında deyilir ki, bu rəqəm 2019-cu ildən bəri və pandemiya dövründə kəskin artıb.

Hesabatda bildirlir ki, istər avtokratiyalarda, istərsə də zəif demokratiyalarda siyasi liderlər pandemiyadan və etirazlardan insan haqlarının daha da sıxışdırılması üçün sui-istifadə edirlər.

Sənəddə qeyd olunur ki, bir sıra ölkələrdə dezinformasiya qanunları həqiqəti susdurmaq üçün qəbul edilir.

Koronavirus barədə ilk xəbəri yaydığına görə həbs edilən və sonra koronavirusdan ölən həkim Li Venlianq
Koronavirus barədə ilk xəbəri yaydığına görə həbs edilən və sonra koronavirusdan ölən həkim Li Venlianq

Qələm əhlini ən çox məhbus edən ölkə

PEN America təşkilatının Azad İfadənin Riskləri proqramının direktoru Karin Doyç Karlekar vəziyyətin xüsusilə Çində acınacaqlı olduğunu deyir.

Karlekar bildirir ki, Çin ötən bir il ərzində 81 yazarı məhbəsə atıb və bu, bütün dünyada ən yüksək rəqəmdir.

Onun sözlərinə görə, qəzəbə tuş gələnlər əsasən hökumətin koronavirus epidemiyasına reaksiyasından və Sintzyanda müsəlman azlıqlara qarşı həyata keçirilən repressiyalardan yazanlardır.

Hesabatda Çində ilk dəfə koronavirus barədə həyəcan təbili çalan həkim Li Venlianq da xatırlanır.

O ictimai sağlamlıq barədə “şayiələr” yaydığına görə polis tərəfindən saxlanmış və sonra elə varlığını isbat etməyə çalışdığı koronavirusdan ölmüşdü.

Hesabatda deyilir ki, Janq JanÇen Gyuşi də daxil bir neçə müstəqil jurnalist pandemiyadan yazdıqlarına görə saxlanıblar.

Pandemiyadan yazan şair

Şair Janq Venfanq internetdə pandemiyadan əzab çəkənlər barədə etüd-şeirlərinə görə 6 ay azadlıqdan məhrum edilib.

Tsinqua Universitetinin hüquq professoru Zu Janqrun hökumətin pandemiyaya reaksiyasını tənqid etdiyinə görə əvvəlcə ev dustaqlığına salınmışdı.

Daha sonra isə o 2018-ci ildə guya bir fahişə ilə əlaqəsinə görə universitetdən qovulub.

Freedom House təşkilatının Çin tədqiqatları üzrə direktoru Sara Kuk bildirir ki, bəzi yazıçılar və jurnalistlər sosial media hesabları bağlandığına görə “ölümü gözlərinə alaraq” xarici mediada dərc olunurlar.

Hakimiyyət orqanları belələrini təxribatçı kimi cəzalandırır.

Çində başqa bir təhlükəli mövzu Sintzyan və uyğurlardır. Hazırda Çin həbsxanalarında olan 81 ziyalının yarısı Sintzyan, Tibet və İç Monqolustan (Çinin muxtar vilayəti – red) muxtar regionlarından olanlardır.

Şərhlər

XS
SM
MD
LG