Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:56

Mexikoda metro qəzasında azı 20 nəfər ölüb


Qəza yeri

Mexikoda metro körpüsünün uçması nəticəsində azı 20 nəfər ölüb, onlarla xəsarət alan olub. Məlumatı şəhərin hakim orqanları mayın 4-də açıqlayıb.

Körpü qatar keçərkən onunla birlikdə uçub. Təhlükəsizlik kameraları görüntülərində şəhərin cənub hissəsində təxminən 5 metr hündürlükdən yola doğru sallanmış vaqonları görünür.

Ölənlərin içində uşaqların olduğu, 70 nəfərin xəsarət aldığı bildirilir.

Qəza metronun 12-ci Xəttində baş verib. Onun tikintisi zamanı şikayətlər, qaydaların pozulmasıyla bağlı ittihamlar səslənirdi.

Şərhlər

XS
SM
MD
LG